Qurban Qurbanov hələ gözləyir

16.01.2018 | 4782 dəfə oxunub

Azərbaycan milli komandası Türkiyənin Antalya bölgəsində yanvarın 27-də bir araya gələcək. Stadium.Az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Maxx Royal” otelində məskunlaşacaq.

Q.Qurbanov toplanışa çağırılacaq futbolçuların yekun siyahısını müəyyənləşdirmək üçün bütün klubların Antalyaya gəlişini gözləyir.

Hələlik Türkiyədə toplanışda yalnız “Qarabağ” və “Qəbələ” komandalarıdır. Digər komandalar isə bu həftə ərzində qonşu ölkəyə yola düşəcəklər. Baş məşqçi komandaların hamısını iş başında izlədikdən sonra qərarını verəcək.

Çox güman ki, dəvətlilərin hamısı Azərbaycan Premyer Liqasından olacaq. Çıxış etdikləri ölkələrin çempionatlarında qış fasiləsi bu həftə başa çatacağından, legionerlərin millinin toplanışında iştirak edəcəkləri inandırıcı deyil. Azərbaycan millisi yanvarın 30-da Moldova, fevralın 2-də Kosova yığması ilə qarşılaşacaq. Moldovalılarla görüş “Mardan” stadionunda təşkil ediləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Kosova ilə matçına harada keçiriləcəyi və başlama saatı hələlik dəqiqləşməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail