AFFA "Simurq"un stadionunu bağladı

23.12.2011 | 4283 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, icasda Premyer Liqanın son turunda baş vermiş hadisələr müzakirə edilib və aşağıdakı qərarlar qəbul olunub:

Unibank Premyer Liqasının XVIII turunun “Simurq” –  “İnter” matçının 54-cü dəqiqəsində “Simurq” klubunun 2  №-li futbolçusu İlkin Qırtımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.
Oyunun 69-cu dəqiqəsində “Simurq” baş məşqçisi Sergey Yuran texniki zona qayadalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.
Matçın 69-cu dəqiqəsində “Simurq” azarkeşləri tərəfindən meydançaya atılmış kənar əşyalardan biri matçın baş hakiminin başına zədə yetirmiş və nəticədə ona təcili tibbi yardım göstərilmişdir. “Simurq” azarkeşləri tərəfindən dəfələrlə meydançaya kənar əşyalar atıldığı üçün kluba aşağıdakı cərimə və cəzalar tətbiq olunub:

“Simurq” klubu növbəti iki ev oyununu azarkeşsiz keçirsin və kluba 8000 manat cərimə verilsin. Oxşar hadisənin baş verəcəyi təqdirdə “Simurq”  klubuna qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
Hakimlər Komitəsi oyunun hakimlər briqadası haqqında  lazımı ölçü götürüb İntizam Komitəsinə yazılı məlumat versin.  

Unibank Premyer Liqasının XVIII turunun “Sumqayıt Şəhər” –  “Turan” matçının 68-ci dəqiqəsində “Turan” klubunun 22  №-li futbolçusu Məhərrəm Müslümzadə kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Unibank Premyer Liqasının XVIII turunun “Rəvan” –  AZAL matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Unibank Premyer Liqasının XVIII turunun “Qəbələ” –  “Qarabağ” matçının 89-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Vüqar Məmmədov texniki zona qayadalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.

Unibank Premyer Liqasının XVIII turunun “Neftçi” –  “Kəpəz” matçının 55-ci dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu İqor Mitrevski idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 66-cı dəqiqəsində “Kəpəz” klubunun 8  №-li futbolçusu Armand Feutçine kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail