"Qəbələ"nin meneceri: "Məşqçilər korpusunda dəyişiklik olacaq"

23.12.2011 | 7653 dəfə oxunub

“Qəbələ” klubunun baş meneceri Zaur Əzizovun klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- "Qəbələ" klubunun qış fasiləsi üçün hazırlıq planı necədir?

- Komandamız ayın 9-da Qəbələdə bir araya gələcək. Ertəsi gündən etibarən isə məşqlərə start veriləcək. Ayın 19-a qədər hazırlıqlar doğma şəhərdə davam edəcək. Daha sonra isə toplanışın ikinci mərhələsi üçün Antalyaya yollanacağıq. Yanvarın 19-dan fevralın 4-ə qədər olacaq toplanış zamanı ən azı 5 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Qazaxıstanın "Atırau" ve Ukraynanın "Krivbass" klubları ilk oyunlarda rəqiblərimiz ola bilər. Son oyunumuzu fevralın 3-ə planlaşdırırıq.

- Heyətdən hansısa futbolçuların göndərilməsi və yeni futbolçuların cəlb edilməsi gözlənilirmi? 

- Heyətdə ciddi dəyişiklik olmayacaq. Baş məşqçimiz Fatih Kavlak hazırda heyətdə olan futbolçulardan hansısa birini göndərməyi düşünmür. Yalnız əsas heyətdə daim oynaya bilməyən futbolçulardan kimsə komandamızı tərk etmək istəsə, bu barədə düşünə bilərik. Eyni zamanda 1 və ya 2 əcnəbi futbolçu almağı planlaşdırırıq. Serje Cehua ile yolları ayırdığımız üçün hücumçuya ehtiyac duyuruq. Bu yöndə çalışmalara başlamışıq. Toplanışın ilk gününə qədər məsələni bitirməyə çalışacağıq.

- Fatih Kavlakın hansı müddətə baş məşqçi postunda qalması  
planlaşdırılır?
 

- Toni Adamsın gedişindən sonra komandamız Fatih Kavlaka etibar olunub və ən azı bu mövsümün sonuna qədər türkiyəli mütəxəssis baş məşqçi postunda qalacaq. Təbii ki, futbolda nəticələr əsas tutulduğundan komandanın gələcək planları məhz bu mövsümün yekunlarına əsasən müəyyən olunacaq.

- Məşqçilər korpusunda dəyişikliklər gözlənilirmi? 

- Məşqçilər korpusunda dəyişiklik olacaq. Kavlakın istəyinə əsasən daha bir məşqçi ilə anlaşacağıq. Yaxın günlərdə bu barədə məlumat verəcəyik. Eyni zamanda komandamızda fəaliyyət göstərən iki ingilis fizioterapevtdən biri olan Nikolas Cenkinson da sonuncu matçdan öncə istefa ərizəsini kluba təqdim etdi. Yəqin ki, bu vəzifəyə yerli mütəxəssislərdən birini cəlb edəcəyik.

- Adamsın klubda hansısa vəzifə tutacağı barədə yayılan məlumatlara münasibətiniz necədir?

- Adams baş məşqçi postunu tərk etsə də, onunla mütəmadi olaraq əlaqə saxlayırıq. Hazırda ölkəsində istirahətdədir. Yeni ilin ilk günlərində klubda gələcək fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gəlməlidir. Əgər komandamızda işini davam etdirsə, konkret hansı vəzifə tutacağı yalnız müzakirələrdən sonra bəlli olacaq. Təbii ki, istənilən klubda Toni Adams kimi nüfuzlu futbol adamına ehtiyac var.

- Cehuanın komandadan gondərilməsinə  nə səbəb oldu? 

- Məşqçilər korpusunun kluba təqdim etdiyi hesabata əsasən onun müqaviləsinin uzadılmaması qərara alındı. “Qarabağ”la matçdan öncə də bu barədə özünə məlumat verildi.

- Mahir Şükürovun “Qəbələ”dəki gələcək taleyi necə olacaq? 

- Mahir komandamızın kapitanı kimi “Qəbələ azarkeşlərinin və eləcə də klub rəhbərliyinin, məşqçilər korpusunun ondan nələr gözlədiyini gözəl başa düşür. Özü də bilir ki, komandamıza daha artıq xeyir verə bilər. Futbolsuz qaldığı dönəmdə də daim komandanın yanında olurdu və futbolçulara dəstək verməyə çalışırdı. Növbəti rəsmi matçdan etibarən isə artıq meydançada komandanı kapitan kimi arxasınca aparmalıdır və biz ondan bunu gözləyirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail