Millimiz Albaniyaya məğlub oldu

21.01.2018 | 5209 dəfə oxunub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün növbəti yoldaşlıq görüşünü keçirib.

Stadium.Az xəbər verir ki, Rəşad Sadıqovun komandası Albaniya U-21 millisi ilə qarşılaşıb.

Gənclər millisi ilə debüt matçında “Alanyaspor”un U-21 komandası üzərində qələbəyə sevinən Sadıqov yetirmələrinin nəyə qadir olduqlarını bu dəfə də albaniyalı həmyaşıdları üzərində yoxlayıb.

Xaricdə oynayan futbolçuların xidmətindən məhrum olan “Qarabağ”ın kapitanı heyəti yerli çempionatın iştirakçılarından qurmalı olub. Bununla belə, Sadıqov “Alanyaspor”la oyundan fərqli olaraq bu dəfə əlavə dörd futbolçunu - Mahir Mədətov, Ramil Şeydayev, Murad Xaçayev və Qismət Alıyevi iş başında görə bilib.

Matç Albaniyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Yoxlama oyunu

21 yanvar

Azərbaycan U-21 – Albaniya U-21 - 0:1

Azərbaycan: 12 Abdulla Seyidəhmədov, 20 Ömər Buludov, 4 Bəhlul Mustafazadə (K), 5 Elvin Sərkərov, 2 Sərtan Taşkın, 6 Qismət Alıyev, 28 Hacıağa Hacılı, 24 İsmayıl İbrahimli, 9 Fəhmin Muradbəyli, 27 Mahir Mədətov, 26 Ramil Şeydayev

Ehtiyat oyunçular: 1 Kamran İbrahimov, 7 Ehtiram Şahverdiyev, 8 İlkin Muradov, 3 Anton Krivotsyuk, 10 Elnur Cəfərov, 18 Ülvü İskəndərov, 13 Murad Qayalı, 14 Nicat Süleymanov, 25 Murad Xaçayev, 16 İlyas Səfərzadə, 21 Xəyal Nəcəfov
Baş Məşqçi: Rəşad Sadıqov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail