"Hədəfimiz birinci olmaqdı" - Elxan Məmmədov

24.01.2018 | 3632 dəfə oxunub

“Bizi maraqlı yarış gözləyir. Üç ay ərzində yarışın qrup mərhələsi başa çatacaq. Kənardan rəqiblərin aşağı reytinqli komandalar olduğu görünür. Ancaq komandamızın 3 gün ərzində 2 oyun keçirəcəyini və bu matçlardan birinin doğma, digərinin isə rəqib meydanında olacağını nəzərə alsaq, yarışın asan keçməyəcəyi dəqiqdir".

Stadium.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov UEFA Millətlər Liqasının püşkünü dəyərləndirərkən qurumun saytına deyib.

O bildirib ki, millimizin məqsədi birinci pilləni tutmaq olmalıdır: "Əlbəttə, məqsədimiz birinci pilləni tutmaq, düşüncəmiz isə hər oyunda qalib gəlməklə bağlı olmalıdır. Rəqiblərimiz də xal və ya xallar qazanmaq üçün mübarizə aparacaqlar. Bu baxımdan heç bir görüş asan keçməyəcək. Üç ay ərzində intensiv bir yarış izləyəcəyik. Missiya mümkündür”.

millimiz 3-cü qrupda Malta, Kosovo və Farer adaları ilə mübarizə aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail