"Milliyə dəvət aldığım üçün çox xoşbəxtəm"

27.01.2018 | 4598 dəfə oxunub

Neftçi”nin 6 futbolçusu – Ruslan Abışov, Rəhman Hacıyev, Emin Mahmudov, Rəşad Əzizli, Məhəmməd Mirzəbəyov və Anton Krivotsyuk Azərbaycan milli komandasına dəvət olunub. 

Stadium.az xəbər verir ki, Rəhman Hacıyev, Rəşad Əzizli və Anton Krivotsyuk bu haqda təəssüratlarını klubun rəsmi saytına bölüşüblər.

Rəhman Hacıyev: “Uzun müddət idi milliyə çağırılmırdım. Milliyə dəvət hər futbolçu üçün böyük şərəfdi. Baş məşqçi Tərlan Əhmədov mənə inandı və klubumda daim oynamaq şansı verdi. Formamı tam bərpa etdim və özüməinamım qayıtdı. Milliyə dəvət mənim üçün böyük stimuldu. Var gücümlə çalışacam ki, etimadı doğruldub komandamıza faydalı olum. İnanıram ki, yeni baş məşqçi Qurban Qurbanovun rəhbərliyi ilə böyük uğurlar qazanacağıq”.


Rəşad Əzizli: "Milliyə dəvət aldığım üçün xoşbəxtəm. Ölkənin əsas komandasında debüt etmək şansı qazanmışam. Bu səviyyəyə çatmağımda klubumuzun, qapıçılar üzrə məşqçimiz Rauf Salamovun böyük zəhməti var. Mənə bu sevinci yaşadan insanların ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm”.


Anton Krivotsyuk: "Karyeramın çətin dönəmində mənə dayaq olan "Neftçi”yə minnətdaram. Bu klub olmasa, milliyə dəvət almamışdım. Futbolçu kimi yetişməyim və milli səviyyəsinə yüksəlməyim "Neftçi”də çəkilən əziyyətin bəhrəsidir. Bu yerlərə gəlməyimdə klub rəhbərliyinin və illərdir mənim üzərimdə işləyən bütün məşqçilərimizin böyük əməyi var”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail