Ayxan Abbasov: "Uşaqlarda yorğunluq vardı"

28.01.2018 | 3370 dəfə oxunub

"Antalyaya gələndən bəri fiziki yükləmələrə fikir verirdik. Ona görə də uşaqlarda yorğunluq vardı. Futbolçulara ayrı-ayrılıqda iki 45 dəqiqənin oynanılmasına dair tapşırıq vermişdik".

Stadium.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Antalyada təlim-məşq toplanışı çərçivəsində Rumıniya təmsilçisi “Volnutari”ni 2:0 hesabı ilə məğlub etdikləri oyunu şərh edərkən deyib.

O, futbolçularının istəkli oynadığını bildirib: "Hiss olunur ki, əvvəlki yoxlama matçlarında buraxdığımız səhvləri tədricən azaltmışıq. Amma yenə də çatışmazlıqlarımız var. Qarşıdakı iki oyunda bu səhvlər üzərində üzərində işləməyə çalışacağıq. Məqsədimiz çempionata hazır olmaqdır. Zədəlilərimiz sağalıb. Orxan Əliyev bu gün 45 dəqiqə oynaya bildi. Qapıçımız Anar Nəzirov komanda ilə məşqlərə başlayıb. Bu, bizi sevindirir. Yeni transferlərimiz Elşən Abdullayev, Mirsahib Abbasov və Telllur Mütəllimov öz klublarında az oynamışdılar. Onlar da bizim kollektivə uyğunlaşırlar. Ümumən götürsək, durumumuz normaldır. Bilirik ki, Premyer Liqanın qalan iki dövrəsi gərgin keçəcək. Digər klubların da gücləndiyini görürük”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail