"Bu mənada Qurbanovun işi biraz asandı"

31.01.2018 | 4555 dəfə oxunub

"Azərbaycan millisi topa bir qədər çox nəzarət edirdi. Bizim də qol epizodlarımız oldu. Qələbə qazana da bilərdik. Hər iki tərəf üçün yaxşı oyun oldu. Azərbaycan yığması çox intizamlı komandadır. Bu, meydanda görünürdü. Bu cür rəqiblə qarşılaşmaq xoş idi".

Stadium.az xəbər verir ki, bu sözləri Moldova millisinin baş məşqçisi Aleksandr Spiridon Antalya toplanışı çərçivəsində yığmamızla keçirilən yoxlama oyununda (0:0) sonra təşkil edilən mətbuat konfransında deyib. 

- Millətlər Liqasının pley-off mərhələsində Azərbaycanla qarşılaşmaq istərdinizmi?

- Mənim istəyim rol oynamır. Sadəcə, həm siz, həm də bizim üçün çətin olacaq. Bizi Lüksemburq, Belarus və San Marino ilə çətin oyun gözləyir. Sizin isə Kosovo ilə matçlrda işiniz asan olmayacaq. Buna görə də, indidən qrupda birinci yeri tutacağımızı demək olmaz.

- Ramil Şeydayevlə görüşdünüz. Onunla yaxın münasibətiniz hardandır?

- Ramili “Zenit”də işlədiyim vaxtdan tanıyıram. Çox potensiallı oyunçudur. Düz etdi ki, “Zenit”dən icarəyə getdi. Çünki həmin vaxt Dzyuba və Kokorinlə rəqabət aparmalı idi. Ramilə məşqçi inanmalıdır. O, üzərində işləsə, Azərbaycanın güclü hücumçusu olacaq.

- Qurban Qurbanovla bağlı fikriniz necədir?

- Qurban Qurbanov güclü məşqçidir. “Qarabağ”la yaxşı nəticələr qazanıb. Ona millidə işləmək daha rahatdır. Çünki “Qarabağ”ın futbolçularını tanıyır və onların əksəri millidə oynayır. Bu mənada, Qurbanovun oyun üslubuna bələddilər. Mənim isə bu cəhətdən işim bir qədər çətindir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail