"Xəzər Lənkəran" 5 yoldaşlıq görüşü keçirəcək

24.12.2011 | 4538 dəfə oxunub

Unibank Premyer Liqasının son turundan sonra “Xəzər Lənkəran” komandası istirahətə buraxılıb. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda yanvar 6-da yenidən Lənkəranda bir araya gələcək.

Ardından oyunçuların fiziki durumunun yoxlanılması məqsədilə xaricdən dəvət olunan mütəxəssislər komandanı tibbi testdən keçirəcək. Həmçinin Lənkəranda olduğu müddətdə komandaya hansı futbolçuların qoşulacağının da bəlli olması gözlənilir. Belə ki, komandanın təlim-məşq toplanışına komplektləşdirilmiş heyətlə yollanması nəzərdə tutulur.
 
“Xəzər Lənkəran”ın Antalya toplanışı isə 16 yanvar – 2 fevral tarixləri arasında olan müddəti əhatə edəcək. Komanda həmin müddətdə Bələkdə məskunlaşacaq. Təlim-məşq toplanışı zamanı 5 yoldaşlıq oyununun keçiriləcəyi nəzərdə tutulub. Oyunların 21, 24, 29 və 31 yanvar, həmçinin 2 fevral tarixində keçiriləcəyi planlaşdırılır. Lakin hələlik "Xəzər Lənkəran"ın rəqibləri məlum deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail