İlham Əliyev: "Bu, bizim üçün həqiqətən də böyük şərəfdir"

09.02.2018 | 2806 dəfə oxunub

“FİFA-ya, şəxsən sizə, sizin həmkarlarınıza bu tarixi Kuboku Azərbaycan xalqına, azərbaycanlı azarkeşlərə təqdim etmək məqsədilə Bakıya gəlişiniz üçün minnətdaram.

Biz Azərbaycanın və Bakının turnenin keçirildiyi ölkə və şəhərlərdən biri kimi seçilməsindən qürur duyuruq. Bu, bizim üçün həqiqətən də böyük şərəfdir. Bu gün bu, böyük bir hadisə olacaq və mən əminəm ki, azarkeşlər bu Kuboka baxmaqdan çox məmnun olacaqlar".

Stadium.Az "Azərtac"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib.

Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FİFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib. Kubok Azərbaycan prezidenti İlham Əliyevə təqdim olunub.

Görüşdə çıxış edən ölkə başçısı fikirlərini bildirib:  "Mən sizin icazənizlə bu kuboka toxundum. Mən bilirəm ki, Kuboka yalnız çempionlar və dövlət başçıları toxuna bilərlər. Əminəm ki, tariximizdə ilk dəfə qeyd etdiyimiz bu əlamətdar hadisə futbolumuzda, oyunçularımızda daha da böyük həvəs oyadacaq, dünyada bu ən məşhur idman növünün Azərbaycanda inkişafına kömək edəcək. Biz futbolun, idmanın inkişafına kömək etməyə çalışırıq. Azərbaycanın idman sahəsində yaxşı nəticələri var. Keçmiş Rio Olimpiya Oyunlarında Azərbaycan yığması ümumi medal sayına görə dünyada 14-cü yeri tutmuşdur. Biz iki mötəbər beynəlxalq idman yarışına - Avropa Oyunlarına və İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişik və bu oyunlarda komandamız medal sayına görə müvafiq olaraq ikinci və birinci yerləri tutmuşdur. Biz Bakıda futbol üzrə Avroliqanın finalına və futbol üzrə Avropa çempionatının dörddəbir finalına və bir neçə qrup oyunlarına ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Biz artıq mötəbər beynəlxalq, Avropa idman və futbol yarışlarına ev sahibliyi edəcək dünya ölkələrinin birinə çevrilirik. Əlbəttə ki, bunu biz dostluq və FİFA-ya hörmət əlaməti hesab edirik. Sizdən bizim qonağımız olmuş FİFA-nın prezidenti cənab İnfantinoya salamlarımı çatdırmağı xahiş edirəm. Biz hamımız bu tarixi günü xatırlayacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail