"Qarabağ": Dünyada nömrə 1

12.02.2018 | 741 dəfə oxunub

Dünyanın bütün milli çempionatlarını əhatə edən ən uzun seriyaların siyahısı açıqlanıb. Stadium.Az xəər verir ki, müxtəlif göstəricilər üzrə davam edən 10 ən böyük seriyalar arasında Azərbaycan təmsilçiləri də yer alıb.

Öz meydanında keçirdiyi matçlarda 2 və ya daha çox qol buraxmamaqda “Qarabağ” dünyanın 1 nömrəsidi. “Qəbələ” ilə Premyer Liqanın XV turunun görüşdən də seriyasını sürdürən Qurban Qurbanovun yetirmələri 0:0 hesablı bərabərliyə nail olub.

Ağdam klubu son 33 ev oyununda 1-dən çox qol buraxmır. Bu göstəriciyə isə bütün dünya həsəd aparır. “Qarabağ” son turdakı nəticə ilə şəriki olduğu İsrail “Hapoel”ini (Beyer-Şeva) arxada qoyub. Lakin bu gün “Aşdod”la görüşəcək Beyer-Şeva klubu yenidən çempionumuza çata bilər.

Qurbanovun komandasını evdəki çempionat oyununda 1 dəfədən artıq məyus edən sonuncu klub “Sumqayıt” olub. “Gənclik şəhəri” təmsilçisi 2015-ci il dekabrın 16-da meydan sahiblərinin qapısına 2 dəfə yol tapıb – 2:2. Həmin matçdan sonrakı 789 gündə 24 quru oyun keçirən “Qarabağ” yalnız 9 qarşılaşmada qapısında 1 top görüb.

“Qarabağ” kimi “Zirə” və “Kəpəz” də ilk “onluq”larda yer alıblar. Gəncə təmsilçisi evdəki məğlubiyyət sayında 5-ci (7 məğlubiyyət), paytaxt klubu səfər matçlarında 3-dən artıq qol vurulmayan 7-ci (24 oyun) komanda adına şərikdi. Amma bu klubların ikisi də son turda seriyasını artıra bilməyib. Çünki “Kəpəz” səfərdə, “Zirə” evdə oynayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

25.02.2018

24.02.2018

17:18  "Neftçi" - "Zirə" - HEYƏTLƏR

15:37  "Səbail" - "Qəbələ" - HEYƏTLƏR

12:41  "Qarabağ Vyana"nın yeni stadionu - TV AFİŞA

01:24  MOİK – “Ağsu” 2:0 VİDEO

23.02.2018

22.02.2018

21.02.2018

   
  O Q H M T-f X
1. Qarabağ 16 13 2 1 26:6 41  
2. Qəbələ 17 11 2 4 31:17 35  
3. Zirə 17 9 5 3 26-15 26  
4. Sumqayıt 16 7 3 6 20:18 24  
5. Neftçi 17 6 2 9 19-19 20  
6. Səbail 17 5 2 10 12-24 17  
7. Keşlə 16 3 3 10 11:25 12  
8. Kəpəz 16 2 1 13 10-31 7  
25.02Keşlə ---Sumqayıt
25.02Qarabağ ---Kəpəz
24.02Neftçi 1-1Zirə
24.02Səbail 2-1Qəbələ
24.02Neftçi -Zirə
24.02Səbail -Qəbələ
25.02Keşlə -Sumqayıt
25.02Qarabağ -Kəpəz