Roman Qriqorçuk: "Bununla bağlı narahat deyilik"

17.02.2018 | 3201 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” – “Zirə” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb: 

“Əvəzetmələrin hesabına qalib gəldiyimizi deyə bilmərik. Oyunçu dəyişikliklərindən sonra meydanda olan heyətin daha düzgün oynadığını söyləmək mümkündür. Onlar bizə lazım olan kimi oynadılar.

Bu da ikinci hissədə də bizim üsluba, yanaşmamıza uyğun idi. Bütün bunlar nəticədə təsdiqini tapdı. Biz də müqayisə üçün məlumat əldə etdik ki, necə etmək lazımdır, necə lazım deyil.

Voislav Stankoviçin yoxluğunda Ürfan Abbasovun mərkəz müdafiəçisi mövqeyində yer almasına gəlincə, biz hər addımı atanda dərindən ölçüb-biçirik. Bundan sonra qərar veririk. Belə olanda heç vaxt sonradan peşman olmursan. Çünki məsələylə bağlı çox düşünmüsən. Heç kim deyə bilməz ki, başqa cür olsaydı, necə nəticələnərdi. Düşünürəm ki, çox düzgün etmişik.

Təmkin Xəlilzadə hələ komandaya tam adaptasiya olmayıb. Bunun üçün ona vaxt lazımdır. Bununla bağlı narahat deyilik. Mən ona inanıram. Düşünürəm ki, müəyyən müddətdən sonra bizim üsluba, bizim yanaşmaya uyğun oynayacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail