Samir Abbasov: "Nə olmuşdusa, oyunadək baş vermişdi"

18.02.2018 | 1758 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XVI turunda doğma meydanda “Neftçi” ilə qarşılaşan “Sumqayıt” 2:0 hesablı qələbə qazandı. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Samir Abbasov jurnalistlərin suallarını cavablandırıb

- Həddən artıq həyəcanlı matç idi. Müəyyən səbəblər, son olaylar daha aqressiv oyuna məcbur etdi. Bu gün özümüzü sübut etməyə çıxmışdıq. Sumqayıt şəhərini təmsil edirik, azərbaycanlı balalarından yığılmış komandayıq, bizimlə də hesablaşın. Uşaqlara demişdim ki, son oyun kimi çıxın, göstərin ki, nəyə qadirsiniz. İmkanım olsaydı, əsas heyətdə özüm də çıxardım. Amma görünür ki, bu gün onlar məndən yaxşı oynadılar. Hamısının alnından öpür, təşəkkürümü bildirirəm. Bu gün oyun barədə danışmaq düzgün deyil. Nə olmuşdusa, oyunadək baş vermişdi ki, bu da belə çıxışa gətirib çıxardı.

- Baş hakimə qarşı aqressiyanız nədən qaynaqlanırdı?

- Səbəb oyundan əvvəl baş verənlər idi. Həmin epizodda topu vurdum. Hakimə dedim ki, belə etmə, onsuz da vəziyyətimiz yaxşı deyil. Referi məni kənarlaşdırmaqda haqlıdır. Mən isə düzgün olmayanı etdim və cəzamı aldım.

- Son olaylar səbəbindən özünüzü tərk edilmiş saymırsınız?

- Əslində bu barədə düşünürdüm. Bu vaxtadək də bir mən idim, bir də komanda.

- Sizə elə gəlmirdi ki, bu, qurulmuş bir ssenari idi ki, "Sumqayıt"ı avrokuboklardan kənarda qoysunlar?

- Bilmirsən ki, danışdıqlarımızı kimə ünvanlayaq? Azərbaycan deyirsinizsə, bu da Azərbaycan komandasıdır. Azərbaycanlı uşaqlardan yığılan kollektivdir. Rəqabət aparırıqsa, meydanda aparaq. “Neftçi”nin futbolçularına qarşı pis fikrim yoxdur. Çoxusu ilə birgə oynamışam, aramızda hörmət var. Klub prezidentimiz gedib, Allah işini avand etsin. Yenə kim gedəcəksə, işləri avand olsun.

- Siz olsaydınız, belə bir vəziyyətdə gedərsiniz?

- Məni kimdi prezident seçən?

- Oyundan əvvəl vitse-prezident ilə saatyarımlıq görüşünüz oldu. Klub rəsmisi ilə nə danışdınız?

- Rəhbərlik narahat idi ki, ruh düşkünlüyü ola bilər. Sadəcə, söhbətdə məqsəd bizi sakitləşdirmək idi. Əslində özümüz artıq motivasiya olmuşduq. Doğrudan da döyüşdük.

- Bundan sonra klubdan yenə kiminsə gedəcəyi gözlənilir?

- Futbolçuları deyə bilmərəm, amma rəhbər işçilərdən kimlərsə gedə bilər. Kamran müəllimlə aramız istidir. Oyundan sonra da məni təbrik etdi. Biz özümüzü oyunqabağı alçalmış kimi hiss edirdik. Qoy, indi kimlərsə özlərini o cür hiss etsinlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

15.10.2018

10:16  Rusiya - Türkiyə 2:0 VİDEO

03:12  Azərbaycan - Malta 1-1 VİDEO

14.10.2018

22:45  "Doğru yoldayıq" - Malta millisinin baş məşqçisi

21:59  Millimiz yenə xal itirdi - YENİLƏNİB

19:09  Azərbaycan Malta - Heyətlər

13.10.2018

20:22  "Rüfəti vaxtında dəvət etdik" - Qurban Qurbanov

12.10.2018

11:48  UELS - İspaniya 1:4 VİDEO

11:45  İraq - Argentina 0:4 VİDEO

11:44  Fransa - İslandiya 2:2 VİDEO

11.10.2018

21:35  Farer adaları - Azərbaycan -HEYƏTLƏR

16:48  Orxan Əliyev "Sumqayıt"da - rəsmi

16:43  VII turun rəmzi 11-liyi - Premyer Liqamız

12:10  Millimizin daha çox qazanamaq şansı - Millətlər Liqası

10.10.2018

13:24  "Komandam döyüşə hazırdı" - Farer adalarının baş məşqçisi

12:34  "Bakıda bizi çətin oyun gözləyir" - Malta millisinin futbolçusu

12:26  "Vorskla"da ciddi itki - Qarabağ"la oyunları buraxacaq

12:23  "Qələbə qazanacağıq" - Farer adalarının baş məşqçisi
   
  O Q H M T-f X
1. Qarabağ 3 2 1 0 4-1 7  
2. Neftçi 3 2 1 0 5-2 7  
3. Sabah 3 2 0 1 4-4 6  
4. Qəbələ 3 1 1 1 5-3 4  
5. Sumqayıt 4 1 1 2 5-5 4  
6. Səbail 3 1 0 2 2-6 3  
7. Zirə 2 0 1 1 2-4 1  
8. Keşlə 3 0 1 2 3-5 1  
26.08Keşlə 1-2Səbail
26.08Qarabağ 1-1Neftçi
25.08Zirə 0-2Sabah
25.08Qəbələ 1-1Sumqayıt
15.08Səbail -Zirə
15.08Sumqayıt -Qarabağ
16.08Sabah -Qəbələ
16.08Neftçi -Keşlə