2011-ci ildə "Xəzər Lənkəran"

26.12.2011 | 6256 dəfə oxunub

Ötən həftə keçirilmiş oyunla “Xəzər Lənkəran” 2011-ci ilin son matçını geridə qoydu. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq ilin yekunlarına nəzər salmaq olar.
 
Başa çatmaqda olan ildə “Xəzər Lənkəran” 39 rəsmi oyunda qüvvəsini sınadı. Bu oyunların 31-i Premyer Liqa, 6-sı Azərbaycan Kuboku və 2-si Avropa Liqası çərçivəsində baş tutub.
 
39 matçda komanda 17 dəfə qalib gəlib, 16 dəfə heç-heçə edib və 6 dəfə məğlub olub. Bu görüşlərdə ən çox qeydə alınan nəticə “1:1” hesabıdır. Komanda il ərzində düz səkkiz dəfə bir qol və bir xalla meydandan ayrılmalı olub.
 
Komandanın 6 məğlubiyyətindən biri Azərbaycan Kubokunda, biri isə Avropa Liqasında baş tutub. İlk halda məğlubiyyətə rəğmən növbəti mərhələyə adlaya bilibsə, qitə yarışında belə olmayıb. Qalan 4 məğlubiyyət isə çempionat oyunlarına aiddi. Bu dörd oyunun heç birində “Xəzər Lənkəran” qol vura bilməyib. Başqa sözlə, XL 2011-ci ildə qol vurduğu çempionat oyunlarında məğlub olmayıb.
 
39 oyunda komanda 54 dəfə rəqib qapısına yol tapıb. Öz qapısında isə 35 qol görmüşük. Bu il “Xəzər Lənkəran” düz 15 “quru oyun” keçirməyə müvəffəq olub. Bu oyunların hamısında qapını Kamran Ağayev qoruyub.
 
Komanda 2011-də 20 dəfə evdə, 18 dəfə səfərdə, 1 dəfə isə neytral meydanda oyun keçirib.
 
İl ərzində “Xəzər Lənkəran”ın ən çox qarşılaşdığı komandalar “Bakı” və “Neftçi”di. Bu rəqiblərin hərəsi ilə komanda 6 dəfə üz-üzə gəlib. “Bakı”ya 3 oyunda qalib gəldiyi halda, 2 heç-heçə edib, 1 görüşdə məğlub olub. “Neftçi” isə 2 dəfə məğlub edilib, 3 dəfə bu komanda ilə heç-heçə qeydə alınıb, 1 oyunda da XL məğlub olub.
 
2011-ci ildə üzərində ən çox qələbə qazandığı komandalar AZAL və “Bakı”dı. Hər iki komanda ayrı-ayrılıqda üç dəfə “Xəzər Lənkəran”la oyunlardan məğlub ayrılıblar.
 
Nəhayət, 2011-ci il “Xəzər Lənkəran” üçün titulla yadda qaldı. Son dəfə 2008-də Azərbaycan Kubokunu əldə etmiş komanda üç illik fasilədən sonra aktivinə daha bir trofey yazdı. 24 may tarixdə oyunsonrası penaltilər seriyasında “İnter”i məğlub edən komanda tarixində üçüncü dəfə Kuboka sahib çıxdı. Həmçinin “Xəzər Lənkəran” bu il Premyer Liqanın gümüş medallarını da əldə etdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail