Premyer Liqada bu tur hansı futbolçular oynamayacaq

22.02.2018 | 4814 dəfə oxunub

Həftəsonu keçiriləcək Azərbaycan Premyer Liqasının XVII tur qarşılaşmalarına komandalar xeyli itki ilə çıxacaqlar.

Stadium.Az xəbər verir ki, ən çox itki turun mərkəzi qarşılaşması sayılan "Neftçi" - "Zirə" matçına təsadüf edəcək. "Bakcell Arena"dakı qarşılaşmanı flaqmanın təcrübəli futbolçusu Rəşad Sadiqov 3 oyunluq cəzı olduğu üçün buraxacaq.

Eyni zamanda, sarı vərəqə limiti dolan İlkin Qırtımov meydana çıxmayacaq. Məhəmməd Mirzəbəyov və Elnur Cəfərov isə zədə səbəindən oynamayacaqlar.

"Zirə"yə gəldikdə, komandanın əsas futbolçularından sayılan 2 oyunluq cəzalanan Riçard Qadze və Sadio Tounkara, eləcə də sarı vərəqə limiti dolan Milan Duriç meydana çıxmayacaq. Həmçinin, 2 oyunluq mütləq cəza alan baş məşqçi Ayxan Abbasov isə texniki zonada yer almayacaq. Fevralın 24-də keçiriləcək qarşılaşma saat 18:00-da başlanacaq.

Həmin gün açılış matçı "Səbail" və "Qəbələ" arasında olacaq. Meydan sahiblərinin heyətində cəzalı yoxdur. Yarımmüdafiəçi Murad Ağayev zədəsini sağaldıb və fərdi məşqlərə başlayıb. Kərim Diniyev və Ayron Statinin isə yüngül zədələri var. Hər 3 oyunçunun bu qarşılaşmada iştirakı sual altındadır.

Qonaqların heyətində isə Qismət Alıyev və Cavid Hüseynov cəza səbəbindən komandalarına kömək edə bilməyəcək. Voyislav Stankoviç və İlqar Qurbanov qrip xəstəliyindən sağalaraq, sıraya dönüblər. Hər iki futbolçu baş məşqçi Roman Qriqorçukun şans verəcəyi təqdirdə, bu matçda iştirak edə biləcək. Görüş saat 16:00-da başlanacaq.

Fevralın 25-də əvvəlcə "Keşlə" "İnter Arena"da "Sumqayıt"ı qəbul edəcək. Saat 15:00-da başlanacaq görüşdə "Keşlə"dən Aqşin Quluzadənin oynaması sual altındadır. Hərçənd, o, zədəsini sağaldaraq, fərdi məşqlərə başlayıb. "Gənclik şəhəri" təmsilçindən isə baş məşqçi Samir Abasov cəzalı olduğu üçün texiki zonadan kənarda qalacaq. Eyni zamanda kollektiv məşqlərə başlasa da, tam bərpa olmayan Elnur Abdullayevin oynamayacağı dəqiqdir.

Turun son matçı isə "Azersun Arena"da baş tutacaq. "Qarabağ"ın heyətində Əfran İsmayılov komanda ilə məşqlərə başlayıb. Onun həftəsonu meydana çıxıb-çıxmayacağı baş məşqçi Qurban Qurbanovun qərarından asılı olacaq. "Kəpəz"də isə itki yoxdur. Görüş saat 18:00-da başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail