“Səbail”də ilk

26.02.2018 | 4331 dəfə oxunub

Premyer Liqasının XVII turunda iki avtoqol qeydə alınıb. Turun ilk günündə mövsümün 6-cı avtoqolu vurulub.

Bu, “Səbail” – “Qəbələ” matçına (2:1) təsadüf edib. Qonaqların ukraynalı müdafiəçisi Vitali Vernidub öz qapısına qol vurmaqla hesabı açıb.

Hər iki komanda cari mövsümdə ilk dəfə avtoqola şahid olub. Bu isə o deməkdir ki, Premyer Liqanın debütantı “Səbail” tarixində ilk dəfə rəqib qoluna sevinib. “Qəbələ” isə çempionatın yüksək liqasında 4-cü dəfə öz qapısına qol vurub. Vernidubadək Murad Hüseynov 2011/12, Amit Quluzadə 2013/14, Ruslan Tağızadə 2014/15 mövsümündə uğursuzluq yaşamışdı.

Turun ikinci günündə isə Rail Məlikov uğursuzluq yaşayıb. Mövsümün 7-ci avtoqolu “Keşlə” – “Sumqayıt” görüşünə təsadüf edib. Qonaqların təcrübəli müdafiəçisi komandasının 2:1 hesabı ilə qalib gəldiyi matçda öz qapısına qol vurub.

Mövsümün əvvəlki 5 avtoqolundan üçünə “Keşlə” (Murad Qayalı, Adrian Skarlatake, Denis Silva), birinə “Qarabağ” (Rahid Əmirquliyev), birinə isə “Zirə” (Jozef Bum) imza atıb. Bu qollardan üçü “Sumqayıt”, biri “Neftçi”, biri isə “Kəpəz”in xeyrinə olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail