"Hər oyun böyük önəm daşıyır" - "Kəpəz"in futbolçusu

02.03.2018 | 2779 dəfə oxunub

“Hazırlığımız qaydasında gedir. Vəziyyətimizə görə hər oyun bizim üçün böyük önəm daşıyır. Bir xal belə qızıla bərabərdir".

Stadium.az xəbər verir ki, bu sözləri "Kəpəz"in kapitanı Şəhriyar Rəhimov klubun saytına deyib.

O, Premyer Liqanın 18-ci turunda “Səbail”lə keçirəcəkləri oyun haqda danışıb: "Paytaxt klubu ilə görüş bizə həm xal qazanmaq, həm də üzərimizdəki psixoloji gərginliyi atmaq baxımından bir şansdı. Niyyətimiz qalib gəlməklə xal ehtiyatını artırmaqdı. Qələbə bizim üçün qarşıdakı oyunlara yaxşı motivasiya ola bilər. Bununla komanda özünənamı qaytaracaq”.

“Kəpəz” qış fasiləsindən sonra çempionatda keçirdiyi hər üç matçda minimal hesabla uduzub. “Neftçi”, “Keşlə” və “Qarabağ”la görüşlərdə “sarı-göylər” qapısından bir top buraxıb. Komanda oyun baxımından yaxşı təsir bağışlasa da, qol imkanlarından lazımınca istifadə edə bilməyib. Rəhimovun fikrincə, qol vura bilsələr, vəziyyəti düzəltmək mümkün olacaq: “Hər üç matçda yaxşı mübarizə aparmışıq. Hətta “Qarabağ” kimi rəqibə asanlıqla uduzmadıq. Amma yaxşı oynamaq bizə xal qazanmaq baxımından heç nə vermir. Biz xallar toplamalıyıq. Oyunumuzda yalnız qol çatışmır. Vəziyyətlərdən maksimum şəkildə yararlansaq, komanda üçün yaxşı nəticələr qazana bilərik. Hər şey özümüzdən asılıdı. Qol vəziyyətlərinin üzərində çox çalışmalıyıq ki, ələ düşən fürsətlərdən dəqiqliklə yararlana bilək”.

 
"Qarabağ”la son qarşılaşma Şəhriyar Rəhimov üçün əlamətdar olub. 29 yaşlı müdafiəçi Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib. 11 çempionatda 5 klubun şərəfini qoruyan Rəhimov ən çox meydana “Kəpəz”in heyətində (78 oyun, 6 qol) çıxıb: “Açığı, oyun sayından xəbərsiz idim, təxmini bilirdim. Sonra PFL-in açıqladığı məlumatda gördüm. Əsas olan çıxış etdiyin komandaların nəticəsidi. Əlbəttə, bir tərəfdən 200-cü oyuna çıxmaq xoşdu. Yubileydi, neçə illərdi ki, çempionatda oynayıram. Digər tərəfdən, indi məni daha çox Gəncə klubunun nəticələri maraqlandırır. Çünki vəziyyət bunu tələb edir. Onu da deyim ki, “Kəpəz” mənim üçün doğma komandaya çevrilib. 3 ildi ki, buradayam, daim oynayıram. 78 oyun keçirmişəm. Çalışacam ki, daha çox oynayım və komandaya xeyir verim”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail