"İnanıram ki, qalibiyyətlərimizin davamı gələcək" - Yunis Huseynov

03.03.2018 | 3408 dəfə oxunub

"Ağır oyun keçdi. Qələbə qazanmağı çox istəyirdik. Fasilədən sonrakı 3 turda uduzmağımıza baxmayaraq, oyunumuz yaxşı alındı. Bu görüş daha çətin keçdi. Çünki "Səbail" "Qəbələ"ni məğlub etmişdi. Onlarda ruh yüksəkliyi var idi. Qələbə qazandığımız üçün şadıq. İnanıram ki, qalibiyyətlərimizin davamı gələcək".

Stadium.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 18-ci turunun "Kəpəz" - "Səbail" matçından sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yunis Hüseynov deyib. Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandrıb: 

- Fasilədən sonr Dedimar Ferreyranı əvəzlədiniz. Aşkar görünürdü ki, İlkin Sadıqov mübarizə apara bilmir. Onu nə üçün uzun müddət meydanda saxladınız?

- Məncə, o, çox da pis təsir bağışlamadı. İlkin Sadıqov istedadlı futbolçudur. Oyunundan narazı qalmadım. Verilən tapşırıqları yerinə yetirdi. Dedimar isə sarı vərəqə aldı, səhvə yol verdi. Sərt oynamağa üstünlük verən futbolçu olduğu üçün onu əvəzlədim.  

- Bu, sizin məşqçilik karyeranızda 250-ci oyununuz idi. Düşünürsünüz ki, futbolçularınız bu qələbəni sizə hədiyyə etdilər?

- Heç xəbərim yox idi. Sizdən eşidirəm. Sağ olsunlar, yəqin elə futbolçularım bu qələbəni mənə hədiyyə etdilər.  

- Qarşılaşmanın ilk hissəsində bir qədər fasilə yarandı və bu müddətdə Darionu yanınıza çağırıb, nəyisə izah etdiniz. Nə dilində danışırdınız?

- Darioya başa saldım ki, imkan düşəndə qapıya zərbə vur. Hər-halda "şut" sözünü başa düşürəm də (gülür).

- 85-ci dəqiqədən sonra nə düşünürdünüz? 

- Çox düşüncəli idim. Fikirləşdim ki, görəsən yenə axırda qol buraxacağıq? Şükürlər olsun ki, bu sindromu qırdıq. 

- Murad Səttarlının adını iştirak ərizəsində niyə görmürük? 

- Bildiyiniz kimi o, Antalyadakı təlim-məşq toplanışında ciddi zədə aldı. Formasını bərpa etməyə çalışır. Yaxın günlərdə onu meydanda görə bilərsiniz. 

- Dario Frederiko tam olaraq öz oyununu tapıb? 

- Xeyr, Dariodan razı deyiləm. Yəni, o tam olaraq mən istəyən futbolu oynamır. Baxmayaraq ki, texnikası yüksəkdir. Tək o deyil. "Kəpəz"də bir çox futbolçular var ki, hələ tam olaraq öz oyunlarını tapmayıblar. Bunlar hamısı zamanla düzələcək. 

- Şəhriyar Əliyevi meydana sağ cinah müdafiəçisi mövqeyində buraxmışdınız... 

- O futbola başlayarkən sağ cinah müdafiəçisi olub. Bu gün də Şəhriyarı həmin mövqedə sınamaq qərarına gəldim. Məncə, pis alınmadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail