Yuri Maksimov: " İstefa vermək fikrim yoxdur"

04.03.2018 | 5117 dəfə oxunub

"Keşlə"nin baş məşqçisi Yuri Maksimov Premyer Liqanın 18-ci turunda səfərdə "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarına cavab verib

- "Keşlə” əvvəlki oyunlarından daha istəkli görünürdü...

- "Sumqayt”la oyunda ilk və son dəqiqədə qol buraxdıq. Biz mənəvi olaraq uduzmuşduq. Son dəqiqədə qol buraxmaq asan deyil. "Sumqayıt"la oyundan sonra komanda ilə söhbət etdik, nəticənin vacib olduğunu dedik. Onlar da istəkli oynadılar.

- Sizdə istefa fikirləri olubmu?

- Yox, belə fikrim yoxdur.
 
- Bu gün Pablo Podiunun 15-ci dəqiqədən sonra oynamağa hazır olmadığı aşkar görünürdü. Onu meydana buraxmaq öz seçiminiz idi, yoxsa mətbuatda yazılanları nəzərə alaraq şans verdiniz?

- Mətbuatda belə söhbət də getmişdi, özü də demişdi ki, baş məşqçidən soruşun. Bu gün ona şans verdim, oynadı. Hər kəs görsün. Kim daha hazırdırsa, oynayacaq.

- Siz Pablo Podionu fiziki cəhətdən zəif hesab edirsiz, yoxsa oyunçu kimi sizi qane etmir?

- Onun oyun tərzi qane etmir.
 
- Məqsəd İsayevin oynamamasının səbəbi nədir?

- O xəstələndikdən sonra 5 gün məşq etmədi. Özündən soruşduq ki, oynaya biləcəksənmi? Razılıq verdi, lakin sonra məşq zamanı daha yaxşı formada olan futbolçu gördük və ona şans verdik.

- Tərlan Quliyevə ilk dəfə şans verdiniz. Ona bundan sonra da şans verməyi düşünürsünüz, yoxsa bu, Fuad Bayramovun yoxluğu ilə bağlıdır?

- Fuad yaxşı oyunçudur, bizim əsas heyət üzvümüzdür. Ancaq Tərlan da bundan sonra oynamaq şansı qazanacaq. Bu gün beşli müdafiə ilə oynadıq və bu səbəbdən Quliyev start heyətdə yer aldı. Tərlan yaxşı futbolçudur. Hələ bizə lazım olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail