"Mən bu işlərə qarışmıram" - Tərlan Əhmədov

04.03.2018 | 3933 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 18-ci turunda "Qəbələ" üzərində qələbədən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarına cavab verib


- Rəhbərlik dəyişdikdən sonrakı qısa müddətdə klubda nə dəyişib? 

- Bu barədə fikirləşməmişəm. Komandamın oyunlarına köklənmişəm. Bunlara vaxt ayırmıram. Klubun idarə heyəti, sponsorları, rəhbərliyi var. Dəyişikliyi onlar edib. Mən bu işlərə qarışmıram.

- “Qəbələ” həm də, kubokun yarımfinalında rəqibinizdi. Bugünkü matçdakı qələbə sizə finala vəsiqə qazanmaq baxımından nə dərəcədə inam yaratdı? 

- Qarşıda hələ oyunlarımız, fasilə var. Bu barədə düşünməmişik.

- Qapıda gah Səlahət Ağayevə, gah da Rəşad Əzizliyə şans verirsiz... 

- Bu gün Rəşad daha hazırlıqlıdı. Onun keçən oyunda şans qazanmamasına səbəb, qrip olması idi. Həm Rəşad, həm də Səlahət eyni səviyyəli qapıçılardı. Gələcəkd Səlahət də şans qazanacaq. Bu vaxt həmin şansdan istifadə edə bilər. Kim daha hazırlıqlıdısa, o da oynayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail