"Birlikdə mübarizə apardığımız zaman istənilən rəqibi məğlub edə bilərik” - Emin Mahmudov

05.03.2018 | 3661 dəfə oxunub

“İlk qolu buraxandan sonra həvəsdən düşmədik. Əsl xarakter nümayiş etdirdik. Bilirdik ki, birlikdə mübarizə apardığımız zaman istənilən rəqibi məğlub edə bilərik”.

Stadium.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 18-ci turunun “Qəbələ” ilə oyunundan sonra jurnalistlərə açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov deyib.

2:1 hesablı səfər qələbəsindən danışan təcrübəli futbolçu qol ilk qolda məhsuldar ötürmə ilə yadda qaldığı epizodu şərh edib: "Rəqibin topu auta atmağa hazırlaşdığını gördüm. Topu ondan almağa nail oldum və hər şey yaxşı alındı. Nəticədə də qol vurduq. Həmin epizodda kimin günahkar olduğunu deyə bilmərəm”.

Mahmudov bundan əvvəlki oyunlarda komandasının inamsız təsir bağışlamasının səbəblərini də açıqlayıb: “Bizə heç nə mane olmur. Sadəcə, hərdən xarakter nümayiş etdirə bilmirdik. Qol buraxan kimi həvəsdən düşürdük. Bu dəfə isə göstərdik ki, hesabda geridə olarkən belə oynaya bilirik”.

Milli komandamızın da şərəfini qoruyan futbolçu fasilədə Tərlan Əhmədovun tapşırıqlarının qələbədə həlledici rol oynadığını söyləyib: "Baş məşqçi fasilədə bəzi iradlarını bildirdi. Həmçinin bizi ikinci hissəyə köklədi. İkinci hissədə onun istədiyi kimi oynadığımız üçün qələbə qazandıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail