Ramin Musayev: "Çox təəssüf ki, ayın ən yaxşı futbolçusu yenə legioner oldu"

27.12.2011 | 5798 dəfə oxunub

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev dekabr ayının futbolçusunun mükafatlandırılması mərasimində açıqlama verib. Stadium.az xəbər verir ki, qurumun prezidenti "İnter"in gürcü hücumçusu Baçana Tsxadadzenin ən yaxşı seçilməsi ilə bağlı danışarkən maraqlı fikirlər səsləndirib:

"Çox təəssüf edirəm ki, Premyer Liqada ayın ən yaxşı oyunçusu adına yenə legioner futbolçu layiq görüldü. Niyə, özüm də bilmirəm. Gənc futbolçular öz üzərlərində daha çox işləməlidirlər. Doğrudur, Tsxadadze də gənc oyunçudur, amma o, təbii ki, Gürcüstan yığmasını düşünür. Klublarımız daha çox yerli futbolçulara üstünlük versələr, daha yaxşı olar".

Ramin Musayev legioner limiti barədə isə danışmaq istəmədiyini bildirib: "Legioner limiti barədə danışmaq istəmirəm. Limit dəyişən kimi, yerli futbolçuların da qiyməti qalxır. Elə olanda da futbol kənarda qalır və çoxları futbolu unudub pulu düşünür. Buna görə də heç limitin dəyişməsini istəmirəm.

Bu ildə olan bütün problemləri unutmaq lazımdır. Növbəti ildə isə daha maraqlı çempionat keçirilməlidir. İnanıram ki, ilk "altılığ"ın oyunları daha maraqlı olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail