"Turan"a texniki məğlubiyyət verildi

28.12.2011 | 5023 dəfə oxunub

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, iclasda aşağı yaş qrupları arasında keçirilən çempionatda baş vermiş qayda pozuntuları müzakirə olunub.

Müzakirələrin sonunda aşağıdakı qərarlar qəbul edilib:

20 dekabr 2011-ci ildə U-17 Liqanın “Qəbələ” – “Turan” matçında qonaq komanda iştirak etmədiyi üçün “Turan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

22 dekabr 2011-ci ildə U-16 Liqasının “Turan” – “Sumqayıt Şəhər” matçının 53-cü dəqiqəsində “Sumqayıt Şəhər” komandasının futbolçusu Fərid Kərimzadə hakimiləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.

21 dekabr 2011-ci ildə U-15 Liqanın “Xəzər Lənkəran” – “Kəpəz” matçının 46-cı dəqiqəsində “Kəpəz”in futbolçusu İlham İbrahimov hakimiləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.

21 dekabr 2011-ci ildə U-15 Liqanın “Neftçi AOC” – “İnter” matçının 64-cü dəqiqəsində “İnter”in futbolçusu Şahin Akgün sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

22 dekabr 2011-ci ildə U-15 Liqanın “Neftçi” – “Qarabağ” matçının 36-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Ruslan Hacıyev rəqibə qarşı təhqiredici jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb.

21 dekabr 2011-ci ildə U-15 Liqanın “Vətən” – “Rəvan” matçının 70+1-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Tapdıq Əliyevlə “Rəvan”ın futbolçusu Zakir Zakirli aqressiv oyuna görə (rəqibə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyunluq cəzalanıb.

21 dekabr 2011-ci ildə U-15 Liqanın ROİL – AZAL matçının 21-ci dəqiqəsində ROİL klubunun baş məşqşisi Emin Salmanov hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün baş məşqçi 5 oyunluq cəzalanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail