Böyükağa Hacıyevin durumu ağırlaşıb

12.03.2018 | 3554 dəfə oxunub

"Atamın durumu yaxşı deyil, reanimasiyadadır. Müsbətə doğru dəyişiklik yoxdur. Əksinə, onu həyatda saxlayan dərmanlar da təsirini itirməyə başlayıb”.

Stadium.Az xəbər verir ki, bunu "Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin oğlu Yusif Hacıyev deyib. O, hazırda "Baku Medical Plaza”da müalicə alan atasının durumunun daha da pisləşdiyini bildirib:

"Həkimlər əlacsız qalıblar. Çünki problem tək ürək deyil, beynindəki şiş hər şeyi pozur. İki əsas orqanın sıradan çıxması həkimlərə nəsə etməyə imkan vermir. Atam artıq heç kimi tanımır. Əməliyyat olunmasa, beyninin düzəlməyi mümkün deyil. Hazırkı vəziyyətdə isə əməliyyata girsə, sağ çıxmaz”.

Hacıyev 59 yaşlı mütəxəssisin bu halda yaşamasının möcüzə olduğunu söyləyib. O, atasının qidalanmasının və danışmasının çətinləşdiyini vurğulayıb: "Ürəyi çox pis haldadır. Üç dəfə konsultasiya olub. İki dəfə Bakıda, bir dəfə Moskvada. Həkimlər deyir ki, bu halda yaşaması belə möcüzədir. Ağır infarkt keçirdi, amma həyatdadır. Əməliyyat oluna bilmədiyi üçün kardiologiyada olan ən ağır dərmanlarla həyatda saxlayırlar”.

Böyükağa Hacıyev fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stent qoyulub.

Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail