Xanlar Fəthiyev: "Sponsorlar "Kəpəz"ə pul ayırmırlar"

28.12.2011 | 8188 dəfə oxunub

"Kəpəz" futbol klubunun fəaliyyətinin dayandırılması və digər məsələlərə rəsmi münasibət açıqlanıb. Stadium.az xəbər verir ki, Gəncə Regional Futbol Federasiyasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev bildirib ki, "Kəpəz"in fəaliyyətinin dayandırılmasının səbəbi mövcud sponsorlar tərəfindən klubun maliyyələşdirilməsinin dayandırılmasıdır. 

Onun sözlərinə görə, bu onunla izah olunur ki, sponsorlar gündən-günə daha çox təzyiqlər olan kluba artıq maliyyə ayırmaq istəmirlər:

"Gəncə futboluna qarşı olanlara xatırlatmaq istərdim ki, Azərbaycanın ikinci böyük şəhəri uzun illər futboldan məhrum olub. Bu, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkədə dövlət səviyyəsində həyata keçirilən futbolun inkişafı siyasətinə qarşı çıxmaqdır. Klub öz fəaliyyətini Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevin təşəbbüsü və köməyi nəticəsində bərpa edib və hər zaman bu dəstəyi hiss edib".

O, şəhərin futbol pərəstişkarlarını əmin edib ki, mövcud neqativ məsələnin həll olunması üçün Gəncə Regional Futbol Federasiyası bütün səylərini nümayiş etdirəcək.

Fətiyev Trendə açıqlamasında klubun məşqiçisinin istefaya göndərilməsi məsələsinə də münasibət bildirib: "Kəpəz" klubu məşqçi Mirbağır İsayevi öz komandasına qələbə qazandıra bilməməsi səbəbi ilə vəzifəsindən uzaqlaşdırıb. Bu, məşqçini azad etməyin yeganə səbəbidir".

Fətiyev bildirib ki, klub rəhbərliyi isə ona güzəştə gedərək istefaya getmək formasının özü tərəfindən seçilməsi imkanını verib: "Lakin İsayev bundan istifadə edib, özünü ucuz reklam etdirməyi qərara aldı. İstənilən məşqçinin və idmançının reytinqi onun göstərdiyi nəticələr, uğurlar və qələbələrlə ölçülür. İstefaya göndərilən məşqçidə isə bunlar yox idi".

Xanlar Fətiyev ölkə futbolundakı hakimliyin səviyyəsi ilə bağlı verdiyi bəyanata qarşı olan kəskin iradlara da öz münasibətini açıqlayıb:

"Mənim hakimliyin səviyyəsinin qaldırılması ilə bəyanatım idman funksionerləri tərəfindən şiddətlə qarşılandı. Lakin onlar yaxşı olardı ki, mənim sözlərimin dərinliyinə getsinlər. Mən mövcud problemlərin həllinə çağırmışdım və onların buna etiraz etməsi vəziyyətin belə qalmasına razılığın, şəxsi maraqların olmasının göstəricisidir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail