Tərlan Quliyev: "Berti Foqtsun rəğbətini qazanmaq istəyirəm"

28.12.2011 | 9075 dəfə oxunub

"Sumqayıt" qış "transfer pəncərəsi" dövründə ilk transferi Tərlan Quliyev klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Premyer Liqanın birinci dövrəsi sənin üçün nə ilə yadda qaldı?
- Mövsümə yaxşı başladım. Premyer Liqanın 3-cü turu çərçivəsində “Sumqayıt”la oyunda mövsümdə ilk dəfə meydana start heyətində çıxdım. Karyeram ərzində ikinci dəfə “Neftçi”nin heyətində 90 dəqiqə meydanda oldum. Daha sonra dizimdən zədə aldım. Buna görə bir ay yaşıl meydanlardan kənarda qaldım. Birinci dövrədə “Simurq”la qarşılaşmada da bütün oyunu meydanda olmuşam. AZAL-la görüşdə isə ikinci hissədə komandaya kömək etmişəm. U-21-in heyətində İngiltərə və Belçika milliləri ilə səfər qarşılaşmalarında 90 dəqiqə meydanda olmuşam. Zədəli olduğum üçün isə Bakıda keçirilmiş Norveç və Belçika ilə oyunlarda iştirak edə bilməmişəm.
 
- “Sumqayıt”a gəlişin necə baş tutdu?
- İki ay bundan əvvəl “Sumqayıt” Futbol Klubunun mənimlə maraqlanmasını eşitmişdim. Bu klubdan başqa, bir necə bölgə təmsilçisi də xidmətimdə maraqlı idi. Lakin özüm gənc olduğum üçün gənclərlə oynamağa üstünlük verdim. Digər bir məsələ isə Sumqayıtın evimə yaxın olması idi. Bir neçə gün əvvəl “Sumqayıt”ın prezidenti Kamran Quliyevlə söhbətləşdim, “Neftçi”nin rəhbərliyi isə bu kluba keçməyimə icazə verdi.
 
- Yeni klubun haqqında nə deyə bilərsən?
- Bu layihəni çox bəyənirəm. Hamı bu layihənin tezliklə Azərbaycan futboluna verdiyi bəhrənin şahidi olacaq. Bildiyiniz kimi, “Sumqayıt” gənc və əslən azərbaycanlı futbolçulardan qurulub. Bu komandada oynamaq mənim kimi gənclərin futbol təcrübəsini artırmağa xeyli təkan verəcək. Əlbəttə, gənclərin yanında bir neçə təcrübəli futbolçunun olması da məqsədəuyğun haldır. “Sumqayıt” Premyer Liqanın ilk dövrəsində yaxşı təsir bağışladı. “Qarabağ” və AZAL kimi komandalarla oyunda qələbə qazanmaq klubda görülən işlərin nəticəsidir. “Sumqayıt” inamlı müdafiəsi ilə yadda qalan komandadır. Ümid edirəm ki, arxa xəttə mənim də köməyim dəyəcək. “Sumqayıt”da oyun praktikamı artırıb, uğurlu çıxışımla Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun rəğbətini qazanmaq istəyirəm. Əsas yığmada çıxış etmək ən böyük arzumdur.
 
- Komandaya nə vaxt qoşulacaqsan?
- Yanvarın 5-dən etibarən klub Bakıda təlim-məşq toplanışına toplaşacaq. Mən də bu tarixdən etibarən klubla olacağam. Daha sonra “Sumqayıt”la Antalyada təlim-məşq toplanışına yollanacağam.
 
- “Sumqayıt”ın baş məşqçisi Bernhard Raabla görüşmək imkanın olubmu?
- Yox, Raabla görüşmək imkanım olmayıb. Uşaqlardan aldığım məlumata görə, çox təcrübəli məşqçidir.
 
- “Sumqayıt”da 3 nömrəli futbol formasını geyinəcəksən. U-21-də də eyni nömrəli formada çıxış edirsən. 3 nömrəli forma nəyə işarədir?
- Uşaq yaşlarımdan “Milan”ın və İtaliya millisinin müdafiəçisi Paolo Maldininin azarkeşiyəm. Mənim üçün italiyalı futbolçu dünyanın ən güclü sol cinah müdafiəçisidir. Maldininin azarkeşi olduğum üçün 3 nömrəli formanı seçdim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail