"Qəbələ"dən daha bir uğurlu addım

28.12.2011 | 5660 dəfə oxunub

“Qəbələ” Futbolun Kütləviləşdirilməsi Departamenti daha bir proqrama imza atıb. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qəbələdə azyaşlılara futbolun tanıdılması və sevdirilməsi istiqamətində böyük işlər görən departament Vəndam kəndində qızlara futbol məşqləri keçməyə başlayıb.

Buna səbəb qızların hər həftə keçirilən məşqlərə maraq göstərməsi olub. Qız tamaşaçıların sayının günü-gündən artması  onlar üçün də xüsusi məşq proqramı təşkil edilməsi ilə nəticələnib. Departamentin rəhbəri Co Doylun sözlərinə görə, bu marağa səbəb təbliğatın düzgün istiqamətdə aparılmasıdır:
 
“Qızların da  məşqlərdə iştirak etməsi, onlar üçün xüsusi proqramın təşkili kütləviləşdirmə prosesinin bir hissəsi kimi planlarımızda var idi. Sadəcə əksər valideynlərin qız övladlarının futbol məşqlərinə qatılmasının əleyhinə olması bu planın reallaşdırılmasını yubadırdı. Zaman keçdikcə, düzgün təbliğat, məşqlər və əhali arasında futbola marağın artması bu məsələnin müsbət yöndə inkişafını sürətləndirdi.”
 
Artıq “Qəbələ” FK FKD hər həftənin cümə axşamı Qəbələ rayon Vəndam qəsəbə 2 saylı tam orta məktəbində qızlar üçün məşqlər təşkil edir. Məşqlərdə 11-14 yaş arası qızlar yer alırlar. Qızların futbol bacarıqlarının sürətlə artmasını və qızlar arasında maraq dairəsinin genişlənməsi nəzərə alan “Qəbələ” FKD yaxın gələcəkdə digər kəndlərdə də sözügedən proqramın təşkilini planlaşdırır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail