"Keşlə" "Qəbələ" oyununda qolsuzluq

25.03.2018 | 3972 dəfə oxunub

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqasında yaranan fasilə dövründə Bakıda hazırlıq keçən “Qəbələ” yoxlama oyunu keçirib.

Stadium.Az xəbər verir ki, “qırmızı-qaralar” “Keşlə” ilə görüşdə qüvvəsini sınayıb. Görüş “Bakı”nın təlim-məşq bazasında keçirilib.

Baş məşqçi Roman Qriqorçuk milli komandaların düşərgələrində olan futbolçuların iştirak etmədiyi matçda aşağıdakı start “11-liy”inə şans verib: Dmitri Bezotosnı, İlqar Qurbanov, Voislav Stankoviç, Vitali Vernidub, Təmkin Xəlilzadə, Dion Malone, Cavid Hüseynov, Filip Ozobiç, Stiven Monroz, Baqali Dabo, Famussa Kone.

Qarşılıqlı hücumlarla keçən ilk 45 dəqiqədə qapılara qol vurulmayıb. Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində dəyişikliklər edilib. “Qəbələ”də Elvin Camalov, Elvin Məmmədov, Rasim Ramaldanov və Yusif Nəbiyev meydana daxil olublar. İkinci hissədə də komandaların səylərinə baxmayaraq, hesab açılmayıb və qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

“Qırmızı-qaralar” hazırlıq çərçivəsində martın 21-də keçirilən yoxlama oyununda Region Liqasında çıxış edən “Tufan”a 15:0 hesabı ilə qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail