Millimizin Makedoniya tilsimi qırılacaqmı?

26.03.2018 | 3575 dəfə oxunub

Azərbaycan millisi sabah növbəti matçına çıxacaq. Stadium.Az xəbər verir ki, Qurban Qurbanovun yetirmələrinin budəfəki rəqibi Makedoniya yığmasıdır.

Üç gün əvvəl Bakı Olimpiya Stadionunda Belarusa minimal hesabla (0:1) məğlub olan komandamız Makedoniya ilə Antalyada üz-üzə gələcək. Yığmanın “sükanı arxası”nda keçirdiyi ilk iki görüşdə qələbə qazana bilməyən Qurbanov bu tilsimi qırmağa çalışacaq. Ancaq nəzərə alaq ki, Makedoniya həm Belarus, həm də yanvarda qolsuz bərabərə qaldığımız Moldovadan güclüdür.

Üstəlik, balkanlar millimiz üçün arzuolunmaz rəqibdi. İndiyə qədər bu komanda ilə keçirilən 6 görüşün heç birində yığmamız qələbə üzü görməyib. İlk dəfə 2000-ci ildə qarşılaşdığımız balkanlılar 5 qələbə qazanıb. Bir görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqi də rəqibin aşkar üstünlüyündən xəbər verir – 13:4. Bu matçlardan 4-ü yoxlama xarakterli olubsa, 2 dəfə dünya çempionatının seçmə mərhələsində qarşılaşmışıq. Məhz həmin iki oyundan biri (5 sentyabr 2001. Bakı – 1:1) bərabərliklə nəticələnib.

İndi yığmamız bir yox, bir neçə uğursuz seriyaya son qoymalıdır. Belə ki, komandamız həm Makedoniya tilsimini qırmalı, həm 2018-ci ildə, həm də Qurban Qurbanovun rəhbərliyi altında ilk qalibiyyətini əldə etməlidir.

“Mardan” stadionunda baş tutacaq qarşılaşmada videotəkrar sistemindən (VAR) istifadə olunması da maraqlı məqamdı. Türkiyəli hakimlər briqadasının idarə edəcəyi matçın baş hakimi Halis Özkahya olacaqsa, video köməkçi hakim funksiyasını Cüneyt Çakır yerinə yetirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail