Maksim Medvedev: "Onlara qarşı daha diqqətli olmalıyıq"

26.03.2018 | 3406 dəfə oxunub

"Belarusla oyunu analiz edib baxdıq ki, çatışmayan cəhətlərimiz nə idi. Makedoniya ilə matçda həmin səhvləri təkrarlamamağa çalışacağıq".

Stadium.Az xəbər verir ki, bu sözləri “CBC Sport”a açıqlamasında millimizin üzvü Maksim Medvedev deyib. Makedoniya ilə sabah Antalyada keçirləcək yoldaşlıq oyunundan öncə fikirlərini açıqlayan müdafiəçi bu dəfə daha diqqətli olacaqlarını bildirib:

“İndiki rəqib Belarusdan güclüdür. Daha sürətli futbol nümayiş etdirirlər. Onlara qarşı daha diqqətli olmalıyıq. Belarusa uduzmağımıza baxmayaraq, komandada əhval-ruhiyyə pis deyil. Nəzərə almaq lazımdır ki, yoldaşlıq oyunlarıdır və heyətdə tez-tez dəyişikliklər olur. Ona görə adaptasiyada bir az problem var. Amma yavaş-yavaş bir-birimizə öyrəşirik. Gələcəkdə belə davam etsək, daha yaxşı nəticələr əldə edə bilərik".

Azərbaycan – Makedoniya matçı Bakı vaxtı ilə 20:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail