Qurban Qurbanov: "Hazırlıq prosesindən razı qaldığımı qeyd edə bilərəm"

28.03.2018 | 3514 dəfə oxunub

“Belə bir oyunun keçirilməsini çox istəyirdim. Futbolçuların bu cür qarşılaşmalara uyğunlaşması vacibdir”. Stadium.Az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov deyib.

Makedoniya ilə qarşılaşan və görüşdən 1:1 hesablı bərabərliklə ayrılan komandamızın çalışdırıcısı matç başa çatdıqdan sonra fikirlərini AFFA-nın rəsmi saytı ilə bölüşüb.

O, komandasından çox razı qaldığını xüsusi vurğulayıb: “Oyunçular bu gün meydanda çox istəkli idilər. Hətta məğlub olsaydıq belə, oyundan razı qalacaqdım. Əvvəlki matçlar zamanı futbolçularda psixoloji baxımdan müəyyən problemlər hiss olunurdu, ancaq bu qarşılaşmada daha yaxşı təsir bağışladılar.

Bakıda Belarusla keçirdiyimiz oyunda təkbətək epizodlar zamanı rəqibdən geri qalmışdıq. Oyunsonrası statistika da bunu göstərmişdi. Ancaq bu gün belə olmadı. Futbolçularımı təbrik edirəm. Ciddi bir rəqiblə qarşılaşdıq. Tam istədiyim futbolu görməsəm də, istədiyim mübarizəni izlədim. Oyuna diqqət və konsantrasiya daha yaxşı idi. Təlim-məşq toplanışı ərzində futbolçularla çox söhbətlər apardıq və istədiklərimin əksəriyyətini meydanda gördüm. Hazırlıq prosesindən razı qaldığımı qeyd edə bilərəm. VAR sisteminin tətbiqini isə normal qarşıladım. Ədalətli bir qarşılaşma oldu”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail