"Bakı"nın Antalya toplanışlarının vaxtı açıqlandı

29.12.2011 | 5581 dəfə oxunub

"Bakı" yanvarın 5-də Premyer Liqanın hazırlıqlarına start verəcək. Stadium.az xəbər verir ki, hazırlıq 5-9 yanvar tarixlərində paytaxtda olacaq. Toplanışın sonrakı mərhələsi 9-20 yanvar tarixlərində Antalyada keçiriləcək. "Voyage" mehmanxanasında məskunlaşacaq komanda bu müddətdə iki yoxlama oyunu keçirəcək. Oyunların 14 və 19 yanvar tarixlərində keçirilməsi planlaşdırılıb. Rəqib komandalarla ilkin razılıq əldə olunsa da, bu hələ ki, rəsmi şəkildə təsdiqini tapmayıb. 

Toplanışın birinci mərhələsi başa çatdıqdan sonra komanda yanvarın 20-də Bakıya qayıdacaq. Üç gündən sonra isə yenidən Antalyaya yollanacaq "Bakı" 23 yanvar - 05 fevral tarixlərində "Maxx Royal" otelində məskunlaşacaq.
 
Bu müddət ərzində klub 4 yoldaşlıq qarşılaşmasını keçirməyi planlaşdırır. Oyunlardan ikisinin 26 və 29 yanvar, digər ikisinin isə 1 və 4 fevral tarixlərində keçirməsi gözlənilir. Bütün qarşılaşmalar Antaliya – Belekde keçiriləcək. Təlim-məşq toplanışları ərzində yeni futbolçuların da baxışdan keçirilməsi gözlənilir. Fevral ayının 5-də komanda  Bakıya dönəcək və növbəti turun oyununa hazırlaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail