Azərbaycan - Makedoniya oyununda qapımıza penalti bu cür verilib

29.03.2018 | 3357 dəfə oxunub

Türkiyənin Antalya bölgəsində Azərbaycan və Makedoniya yığmaları arasında keçirilmiş yoldaşlıq görüşündəki ikinci penalti epizodu zamanı referi Halis Özkahya ilə videotəkrar (VAR) hakimi Cüneyt Çakırın dialoqu üzə çıxıb.

Stadium.Az "Doğan" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin rəhbəri Yusuf Namoğlu açıqlama verib. O, qarşılaşmanın 20-ci dəqiqəsində Azərbaycan yığmasının qapısına təyin olunan penalti epizodunda ədalət təmsilçiləri arasında belə bir söhbətin baş tutduğunu deyib:

ÇÜNEYT ÇAKIR: Halis, gözlə, epizodu incələyirik. Halis, nəyə qayda pozuntusu dedin?

HALİS ÖZKAHYA: Təmasa. Ayaqla təmasa.

CÜNEYT ÇAKIR: Epizodu incələdik. Qayda pozuntusu cərimə meydançası daxilindədir. Penaltı verə bilərsən. İzləməyinə gərək yoxdur. İşarəni göstər və penalti təyin et.

Bundan sonra qərar dəyişib və Makedoniya yığması penalti qazanıb. Azərbaycan yığmasının futbolçularından heç biri buna etiraz etməyib.

Namoğlu bildirib ki, qarşılaşmada təyin olunan hər iki penalti epizodunda VAR sistemi öz tövhəsini verib: “Əvvəlcə Azərbaycanın lehinə penalti verildi. Bu zaman futbolçunun rəqibini itələdiyi referiyə bildirildi. İkinci epizodda isə Halis qayda pozuntusu qərarı vermişdi. İçəridə, yoxsa kənarda – tərəddüdü olduğu bir vaxtda VAR müdaxilə etdi. Çüneyt təxminən 10 saniyə içində vəziyyəti soruşdu və penalti təyin etməyin gərəkliyini söylədi. Bu penalti olmasaydı, Azərbaycan 1:0 hesabı ilə qalib gələcəkdi. Amma 1:1 bitdi. Yəni, VAR sistemi sayəsində hər kəsin doğru saydığı qərar ortaya çıxdı”.

1:1 hesabı ilə başa çatan matçın 6-cı dəqiqəsində hesabı Azərbaycan millisi açıb. Riçard Almeyda penaltidən fərqlənib. Makedoniya yığmasının qoluna isə Aleksandar Traykovski imza atıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail