Foqtslu milli İran yığması ilə oynaya bilər

30.12.2011 | 5128 dəfə oxunub

Azərbaycan millisinin 2012-ci ildə ilk oyununu İran yığması ilə keçirmək variantı ortaya çıxıb. Stadium.az xəbər verir ki, AFFA komandamızın gələn ilin fevralın sonunda Dubaydakı təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirmək üçün İran Futbol Federasiyası ilə danışıqlar aparır. 

Müzakirələrin nəticəsi haqda AFFA-nın rəsmi saytına məlumat yerləşdiriləcək. Fevralın 29-u FİFA-nın “pəncərəsi”ndə rəsmi tarixdə Suriya yığması ilə oynamaq variantımız olsa da, razılıq əldə edilməyib.

Qeyd edək ki, indiyədək İran yığması ilə bir neçə dəfə yoldaşlıq görüşü keçirən millimiz sonuncu matçını hazırkı baş məşqçisi Berti Foqtsun rəhbərliyi altında keçirib. 2008-ci ilin avqustunda Tehrandakı matç 0:1 hesablı məğlubiyyətimizlə nəticələnib



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail