"Qarabağ" Türkiyədə mükafatlandırıldı

04.04.2018 | 5924 dəfə oxunub

Bu gün Türkiyədə ənənəvi “Milliyyət idman mükafatları” sahibini tapıb. Stadium.Az xəbər verir ki, “Milliyyət” qəzetinin binasında keçirilən qala-gecədə onlayn səsvermədən sonra ən yaxşıların adları açıqlanıb.

8 mükafatdan biri uğrunda Azərbaycan çempionu “Qarabağ” komandası da yarışıb. Ağdam təmsilçisi 2017-ci ildə Çempionlar Liqasının iştirakçısı kimi ilin ən yaxşı komandası nominasiyasında mükafata iddia edib. Birinciliyi isə “Fənərbaxça” klubunun basketbol komandası qazanıb.

Amma ağdamlılar Türkiyədən əliboş dönmür. Belə ki, Azərbaycan çempionuna jürinin xüsusi mükafatı təqdim olunub. “Qarabağ” prezidenti Tahir Gözələ hədiyyəni futbol üzrə Türkiyə millisinin baş məşqçisi, məşhur rumıniyalı mütəxəssis Mirça Luçesku təqdim edib.

Tahir Gözəl isə qala-gecəyə toplaşan tamaşaçıları Nəsiminin “Sığmazam” qəzəlindən iki beytlə salamlayıb.

Sözügedən tədbirdə “Qarabağ”ı prezident Tahir Gözəl, icraçı-direktor Əmrah Çəlikəl, menecer Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov və mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov təmsil edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail