Hakimi söydü, cəzalandı

05.04.2018 | 4102 dəfə oxunub

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında bir neçə sərt qərar qəbul olunub. Stadium.Az xəbər verir ki, hakimləri və rəqib oyunçuları təhqir edən oyunçular diskvalifikasiyaya məruz qalıblar.

U-16 Liqasındakı “Sumqayıt” – “Kəpəz” görüşünün son dəqiqələrində hər iki komandanın oyunçusu meydandan qovulub. Belə ki, “Kəpəz”dən Nemət Musayev, “Sumqayıt”dan isə Şahmar Abbaszadə hakimi söydüyü üçün 4 oyunluq cəzalandırılıb.

U-13 Qızlar Liqasının İsmayıllı regionu üzrə "Gənclik" F.T. Gimnaziya – "Mingəçevir" matçında isə birincilərin baş məşqçisi Novil İsmayılov eyni davranışa görə, növbəti 4 görüşü texniki zonada keçirə bilməyəcək.

Regional Liqada “Dinamo” (Yardımlı) ilə matçın 90+1-ci dəqiqəsində rəqibin ünvanına təhqiramiz ifadə işlətdiyi üçün meydandan kənarlaşdırılan “Ümid”in (Masallı) futbolçusu Azər Hacıyev 3 oyunluq diskvalifikasiya ilə üzləşib.

Bundan başqa, U-16 Qızlar Liqasında "Mingəçevir"lə görüşdə heyətində yetər say olmayan "Fidan", “Keşlə” ilə oyuna çıxmayan “Qubek” və U-13 Qızlar Liqasının İsmayıllı regionu üzrə "Azəri" TİM-lə matçda yaş limitini pozan "Mil-Muğan" 0:3 hesablı texniki məğlubiyyət alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail