UEFA "CBC Sport"u BOS-dan çıxardır

06.04.2018 | 4792 dəfə oxunub

Son vaxtlar fəaliyyətində süstlük yaşanan, aparıcı simalarını itirməkdə olan "CBC Sport” daha bir çətinliklə qarşılaşıb.

Stadium.Az xəbər verir ki, telekanalın əməkdaşları və studiyalar Bakı Olimpiya Stadionunda (BOS) yerləşdiyi ofisdən başqa yerə köçürüləcək. Buna səbəb stadionun tezliklə UEFA-nın nəzarətinə keçəcəyidi.

Belə ki, 2019-cu ildə Bakı Olimpiya Stadionunda Avropa Liqasının finalı, növbəti il isə qitə çempionatının final mərhələsinin dörd görüşü keçiriləcək. UEFA hazırlıq prosesinə bilavasitə özü nəzarət edəcək və stadionda uzun müddətli işlər görüləcək.

Bu cür işlərə artıq start verilib. BOS-a gediş-gəlişi asanlaşdırmaq üçün hava limanına gedən yoldan stadiona tərəf yeni yeraltı keçidin inşası aparılır.

Stadion ərazisindəki bütün otaqlar və ərazi UEFA-nın nəzarətində olacağından "CBC Sport”un ordan köçürülməsi də qaçılmazdı. Artıq bu haqda AFFA-ya xəbərdarlıq olunub və telekanalın köçürülməsinə hazırlıq gedir.

Premyer Liqa ilə yanaşı, İtaliya A seriyasının və Hollandiya çempionatının oyunlarını yayımlayan telekanal hazırda yaxşı günlərini yaşamır. Ötən tur keçirilən "Kəpəz” – "Zirə” qarşılaşmasının yayımı zamanı təkrarların göstərilməməyi azarkeşlərin haqlı narazılığına səbəb olmuşdu.

Ümumiyyətlə isə çoxdandı oyunların yayımlanmasında ciddi problemlər hiss olunur. Əvvəllər oyunların yayımı zamanı təcrübəli aparıcılar və mütəxəssislər bilavasitə stadiondan canlı efirə qoşulur, operativ xəbərlər, müzakirələr izləyicilərə təqdim olunurdu. Üstəlik, şərhlərdə əsasən iki nəfər iştirak edirdi ki, bu da dinamik və rəngarəng alınırdı.

Kanalın iki aparıcı siması Emin Abbasov və Gündüz Abbaszadə "Xəzər” klubunda çalışmağa başlayandan sonra nə İtaliya, nə də Azərbaycan çempionatının oyunlarının şərhində iştirak etmirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail