"12-i şirvana işləyən, dolları ilk dəfə görən qapıçı"

10.04.2018 | 4959 dəfə oxunub

Ötən tur 200-cü oyununu keçirən “Zirə”nin kapitanı, millimizin üzvü Anar Nəzirovun futbola necə gəldiyini yəqin ki, çoxunuz bilmirsiniz. Özü həmin hadisəni belə xatırlayır:

“2004-cü ilin iyun ayı idi. “Gəncə” Şahin Diniyevin rəhbərliyi altında Qaxa təlim-məşq toplanışına gəlmişdi. O vaxt stadion bizə yaxın idi, bütün kənd uşaqları kimi biz də gedib orda top dalınca qaçırdıq.

Adi günlərdən biri idi, işlədiyim kafedə idim. Dostum zəng elədi ki, “Gəncə” Qaxda məşq edir, gedək onların məşqinə baxaq, sonra özümüz məşq edərik. Həmin gün “Gəncə” ikitərəfli oyun oynadı. Bilmirəm, nə sirri-xudadı həmin gün “Gəncə”nin qapçısı Tariyel hansısa problemlə bağlı şəhərə qayıdası olmuşdu. Deyəsən, pasportunu yeniləmək üçün getmişdi. İki tərəfli oyun vaxtı, “Gəncə”nin qapıçı-məşqçisi çərçivəyə keçəsi oldu. Bu vaxt kimsə Şahin müəllimə dedi ki, kənarda bir uşaq var, boyu-buxunu pis deyil, bəlkə onu qapıya qoyaq? Mən də uşaqlarla oynayanda qapıda durmuşdum, az-çox top tuta bilirdim.

Şahin müəllim məni işarə ilə çağırdı, dedi “neçə yaşın var”. Dedim 19. İndiki kimi yadımdadı Şahin müəllim qayıtdı ki, 19 yoxsa, 29? Cavabımı təkraralayıb qapıya keçdim. Allah mənə güc verdi, hər şey yaxşı qurtardı. Yeni mühit, heç kimi tanımıram, heç kimlə münasibətim yoxdur. Oyun bitdi, mən də üst-başımı çırpıb təmizlədim yola düzəldim. Birdən dedilər ki, məşqçi səni çağırır. Şahin Diniyev məndən soruşdu ki, “futbolçu olmaq istəyirsən”? Həyatım gözümün qabağına gəldi, kafedə işləyən, aya 12 “şirvan” qazanan bir adam üçün yeni həyat başlaya bilərdi. “Hə” dedim və “Kəpəz”in məşqlərinə qoşuldum. İlham Yadullayev, Xaliq Mərdanov, Vidadi Rzayev, Azər Məmmədov kimi təcrübəlilər mənə dəstək oldular. Budəfəki məşq mənim üçün sonuncu ola bilərdi. Çünki komanda Gəncəyə qayıdırdı və Diniyev mənə heç nə deməmişdi. Elə bildim ki, bəyənməyib və səssiz-səmirsiz çıxıb gedəcəklər mən də köhnə həyatıma dönəcəm.

...Çox pis olmuşdum. Birdən bir səs məni yuxudan ayıltdı. Əlövsət müəllim qaça-qaça gəldi ki, “a kişi hardasan? Şahin müəllim səni yuxarıda, yaşıl parkda gözləyir”. Bir neçə dəqiqədən sonra Şahin müəllimin yanında idim. Sonrakı sözlər isə həyatımı dəyişdi. 2 illik müqavilə, maaş, Premyer Liqa... bütün bunlar mənim üçün möhtəşəm təsadüflər idi. Allah həmin gün mənim üçün hər şeyin ən yaxşısnı eləmişdi. “Gəncə”də ilk maaşım 50 dollar oldu. Etiraf edim ki, dolları birinci dəfə idi görürdüm”. (pfl)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail