"Qəbələ"nin 6-cı yarımfinalı

12.04.2018 | 3051 dəfə oxunub

“Qəbələ” sabah ölkə kubokunun yarımfinal mərhələsində öz meydanında “Neftçi” ilə qarşılaşacaq.

Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu matç “qırmızı-qaralar”ın kubokda 57-ci qarşılaşması olacaq. İndiyədək keçirdiyi 56 görüşdə 29 dəfə qalib gələn komanda yubiley – 30-cu qələbənin astanasındadır. “Qəbələ”nin hesabında 17 heç-heçə və 10 məğlubiyyət də var. Rəqib qapılarına 97 top vuran “qırmızı-qaralar” bu göstəricidə 100-ə çatmağa yaxındır. Bunun üçün komandaya 3 dəfə fərqlənmək kifayətdir. “Qəbələ” kubok matçlarında 47 qol buraxıb. 

Arxada qalan 56 oyundan üçündə rəqib “Neftçi” olub. Paytaxt təmsilçisi ilə iki dəfə yolları kəsişən “qırmızı-qaralar” 2013/14 mövsümünün finalında 1, 2015/16 mövsümünün yarımfinalında 2 matçda “ağ-qaralar”la üz-üzə gəlib. Hər üç matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu iki duelin taleyi penaltilərlə həll olunub ki, zərbələri paytaxt təmsilçisi daha dəqiq yerinə yetirib.

“Qəbələ” tarixində 6-cı dəfə yarımfinalda mübarizə aparacaq. Əvvəlki 5 cəhddən ikisində finala adlayan komandamız 2013/14 mövsümündə “Xəzər Lənkəran”ı (3:0, 1:1), 2016/17 mövsümündə “İnter”i (3:1, 2:0) mübarizədən kənarlaşdırıb. “Qırmızı-qaralar” yarımfinal səddini məhz onları bu mərhələdə udan rəqibləri yenməklə adlayıb. Komandamız 2007/08 mövsümündə “Xəzər Lənkəran”a (1:3, 1:1), 2008/09 mövsümündə isə “İnter”ə (0:5, 2:0) yenilib. 2015/16 mövsümündə isə “Qəbələ” final yolunda “Neftçi” ilə qarşılaşıb – 1:1, 1:1, pen. 3:4.

Aprelin 12-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun Azərbaycan kubokunda 31-ci ev matçı olacaq. Doğma azarkeşlər önündə 18 qələbə qazanıb, 9 heç-heçə edən əyalət təmsilçisi cəmi 3 dəfə uduzub. Öz meydanında 63 qol sevinci yaşayan komanda cəmi 18 top buraxıb.

Cari mövsüm yarimfinala qədər üç oyun keçirən “Qəbələ” bütün matçlarda qələbə qazanıb. 1/8 finalda 
“Mil-Muğan”ı 8 cavabsız qolla məyus edən “qırmızı-qaralar” 1/4 finalda “Səbail”i mübarizədən kənarlaşdırıblar – 1:0, 4:2.

“Qəbələ” – “Neftçi” oyunu saat 18:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.01.2020

23:24  "Lecce" - "İnter" - 1:1 VİDEO

12:00  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:03  "Real" - "Seviliya" - 2:1 VİDEO

18.01.2020

11:24  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

17.01.2020

10:43  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

16.01.2020

03:18  "Monako" - PSJ - 1:4 VİDEO

02:07  "Milan" - "Spal" - 3:0 VİDEO

15.01.2020

14.01.2020

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə