Roman Qriqorçuk: "Biz vura bilmədik və rəqibə qol hədiyyə etdik"

12.04.2018 | 1521 dəfə oxunub

“Nəticə istədiyimiz kimi olmadı. Digər tərəfdən isə bunda kritik bir şey görmürəm. Futbolçulara da irad bildirmək üçün əsas yoxdur”. Stadium.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda doğma meydanda “Neftçi” ilə qarşılaşan “qırmızı-qaralar” 1:2 hesablı məğlubiyyətə üzülüblər.

Matçdan sonra açıqlama verən ukraynalı mütəxəssis fikirlərini bölüşüb:

“Adətən oyunçulara çalışqanlıq göstərmədikdə, motivasiyalı olmadıqda, bütün qüvvələrini meydanda qoymadıqda irad bildirirəm. Amma bu baxımdan – futbola yanaşmada “Neftçi” ilə görüşdə hər şey çox yaxşı idi. Futbolçularda cari mövsümün heç bir oyununda olmadığı qədər motivasiya gördüm. Futbola yanaşma ideal səviyyədə idi. Amma bütün bunlar qol və nəticədə də əksini tapmalıdı. Oyunu çox yaxşı başladıq. Təəssüf ki, yaratdığımız imkanlardan istifadə edə bilmədik. Əminəm ki, oyun tam fərqli gedə bilərdi. Bizim üçün asan, rəqib üçün çətin olardı. Ancaq ən pis ssenari alındı. Böyük üstünlüyə malik idik, rəqib qapısı önündə kəsərli oynayırdıq. Biz vura bilmədik və rəqibə qol hədiyyə etdik. Hücumçu qol şansını qaçırırsa, gənc oyunçu topu rəqibə ötürürsə və qol buraxırıqsa, buna görə onları qınamaq olmaz. Stadiondakı əla ab-hava üçün azarkeşlərə təşəkkür edirəm”.

Qriqorçuk cavab oyunu ilə bağlı nikbin olduğunu da əlavə edib: “Cavab oyunu öncəsi təmkinliyəm. Evdə 1:2 hesabı ilə uduzmuşuq. Səfərdə eyni hesabla və daha böyük fərqlə də qalib gələ bilərik. İlk oyundakı kimi çalışmalıyıq və ustalığımız daha yüksək olmalıdır ki, ən azı 2 qol vuraq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi