Qurban Qurbanov: "Əlbəttə, çətinlik yarada bilər"

14.04.2018 | 988 dəfə oxunub

 “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov  Premyer Liqanın 23-cü turunda səfərdə “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalislərin suallarını cavablandırıb. Stadium.az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- Vacib qələbə qazandıq. Gəncədə oynamaq bizim üçün həmişə çətin olub. Son matçlarda rəqib yaxşı oyun sərgiləyirdi. Qalib gəlməyimizə baxmayaraq, çətin oyun oldu. Rəqibə gələn görüşlərdə uğurlar arzulayıram.

- Mahir Mədətovun iştirak ərizəsinə salınmamasının səbəbi nədir?

- Yaxşı formada olmadığından onu iştirak ərizəsinə salmağı lazım bilmədim.

- Ramil Şeydayev bu gün “Qarabağ”da ilk qolunu vurdu. Bu, onun daha yaxşı oyun sərgiləməsinə nə dərəcədə kömək olacaq?

- O, son vaxtlar yaxşı təsir bağışlayır. Qol vurmasına sevindim. Lakin bu, hələ heç nə deyil. Elə epizodlar var ki, həmin epizodalarda daha yaxşı oynamalıdır.

- Ağabala Ramazanov uzun zədədən sonra heyətə qayıdıb...

- O da zədədən yeni qayıdıb. Öz üzərində çalışır. Ümid edirəm, gələcəkdə daha yaxşı forma yığacaq.

- Artıq ən yaxın izləycinizi bir xeyli qabaqlayırsınız. Bu, gələcək oyunlarda motivasiya cəhətdən çətinlik törətməyəcək ki?

- Əlbəttə, çətinlik yarada bilər. Əsasən, bizim gənc futbolçularımız Mahir, Ramil oyunlara yaxşı köklənməlidilər. Hər oyuna motivasiya ilə çıxmasalar, inkişaf edə bilməzlər.

- Xama Billiatın meneceri “Qarabağ”dan təklif aldıqlarını deyib.

- Bizim təklifimiz olmuşdu. Ancaq bu, qışda idi. Bundan sonra Billiata yeni təklif göndərməmişik.


- Sanki komandada Ndlovunun yeri görünür.

- Mən heç kimin yerinin göründüyünü düşünmürəm. Transfer məsələsi ilə bağlı ilboyu iş gedir. Kiminsə yerinin görünməsi və ya görünməməsi əsas deyil. Əsas odur ki, mən komandama, futbolçularıma güvənirəm. Hazırda istədiyim hamı komandadadır.

- Yayda hansı mövqeni gücləndirmək istəyirsiniz?

- Açıq deyim, hər mövqe üzrə axtarışdayıq. Bütün mövqelər üzrə danışıqlar apardığımız futbolçular var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

25.01.2020

15:51  "Breşia" - "Milan" - 0:1 VİDEO

11:24  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

24.01.2020

23.01.2020

11:13  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

10:24  "Yuventus" - "Roma" - 3:1 VİDEO

10:16  "Reyms" - PSJ - 0:3 VİDEO

22.01.2020

16:17  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:25  "Napoli" - "Latsio" - 1:0 VİDEO

21.01.2020

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə