"Bunun üçün hər şey edəcəyəm" - Qriqorçuk

15.04.2018 | 2635 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk  Premyer Liqanın 23-cü turunda "Səbail"lə evdə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı keçirib. 


 - Əlbəttə, xal itirməyimiz çox pis oldu. Ancaq belə vəziyyətdə də yaxşı şeylər axtarmaq lazımdır. Yaxşı odur ki, ikinci 45 dəqiqədə öz oyunumuzu oynadıq. Bunu görərək tam əminəm ki, belə oynasaq, finala keçə bilərik.

- İlk hissədə niyə belə yaxşı oynamadınız?

- Analiz var və bunu futbolçulara deyəcəyik. Özümüzə gəldik, aqressiv, sürətli oynadıq. İndi vacib olan təhlil yox, ikinci hissədə meydanda olanlardır. Bu, mənim üçün vacibdir və ümidləndirir. 

- Son oyunlara əsasən belə demək olar ki, komandada qələbə ruhu ölüb...

- Bəli, tam razıyam. Biz bunu görürük və buna qarşı mübarizə aparırıq. Buna nail olmağın çətin olduğunu başa düşürük. Futbolçuları dəstəkləyirik. Əsas odur ki, futbolçular toparlana bildilər və oyunlarıyla finala çıxmaq ümidi verdilər.

 - Azarkeşlər sizə böyük mütəxəssis kimi sizə çox inanırlar. Bunu Avropa Liqası cavab matçlarında görmüşük. "Neftçi"ylə cavab qarşılaşmasında azarkeşlər sizdən qələbə gözləyir...

- İlk növbədə xoş sözlərə görə minnətdaram. Tüklərim biz-biz oldu. Məni xoş xatirələrə apardınız. Mənim üçün finala çıxmaq vacibdir. Bunun üçün hər şey edəcəyəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail