Samir Əliyev: "Növbəti mövsüm hədəflər daha böyük olacaq"

15.04.2018 | 2299 dəfə oxunub

"Səbail"in baş məşqçisi Samir Əliyev Premyer Liqanın 23-cü turunda "Qəbələ"ylə səfərdə 1:1 hesablı bərabərliyə qaldıqları matçdan sonra mətbuat konfransı keçirib. 

Gənc mütəxəssis öncə matçı dəyərləndirib.

- İki fərqli hissə oldu. İlk hissədə daha yaxşı oynadıq. Rəqib ikinci hissədə sistemi dəyişdi. Bu da başadüşüləndir. Bilirdik ki,"Qəbələ"nin qələbəyə ehtiyacı var. Ən azından uduzmamağa çalışırdıq. Düzdü, hesabda öndə olduq. Ancaq bundan sonra qol imkanlarımızdan istifadə edə bilmədik. Son 30 dəqiqədə rəqib güclü təzyiq etdi  və sonda qol vurdu. Bu 1 xal da bizim üçün yaxşı nəticədi. 

- Mövsümün ikinci yarısında "Qəbələ"yə uduzmadınız. "Qarabağ"a və digər güclü komandalara qarşı inamlı təsir bağışladınız. Mübariz komanda formalaşdırmısınız. Gələcəklə bağlı hədəfiniz necədi?

- Bu yaxında rəhbərliklə görüşümüz oldu. Gələcək planlarla bağlı söhbətləşdik. Düzdü, hələ 5 tur var. Ancaq iniddən gələcək üçün planlar qururuq. "Səbail"in növbəti mövsümdə hədəfləri daha böyük olacaq.

- Bu 1 xalı özünüz üçün ad günü hədiyyəsi sayırsınız?

- Açığı, matçdan əvvəl elə bir söhbətimiz olmamışdı. Əlbəttə, qələbə olsa, daha yaxşı idi. Ancaq bizim üçün hər xal vacibdi. Qalan 5 oyundan 4-nü evdə, sintetik qazonda oynayacağıq, Çalışacağıq ki, bu matçlarda xal ehtiyatımızı xeyli artıraq.  

- Qapıda gözlənilmədən Elxan Əhmədova şans verdiniz. Ehtiyatda qalan təcrübəsiz qapıçının yaxşı oyunu ona gələn matçlarda da şans verməklə bağlı sizdə fikir formalaşdırdımı?

- Elxanı komandaya götürəndə potensialını bilirdik. Sadəcə, əsas heyətə qoymaqla bağlı tərəddüd edirdik. Əhmədov yaxşı çıxışıyla sübut etdi ki, əsas qapıçımız Emil Baıayevdən geri qalmır. Gələcəkdə hər ikisinə şans verməyi düşünürük (sport24.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail