Tərlan Əhmədov: "Avrokuboklara gedə bilməsək, istefa verəcəm"

18.04.2018 | 2832 dəfə oxunub

"İstədiyimiz oyunu sərgilmədik. Komanda özünə bənzəmirdi. Arxayınlığın bədəlini verdik. Səhvlərimizdən uduzduq. Çempionatda 3-4-cü yerlər uğrunda mübarizə aparacağıq. İstədiyim futbolu meydanda görmədim. Bu oyunu unutmalıyıq".

Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun yarımfinalında "Qəbələ"yə uduzduqların oyundan (1:3) sonra keçirilən mətbuat konfransında deyib.

- İstədiyiniz futbolu görməməyinizin səbəbi nə idi?

- Topla oynayan futbolçuları meydana buraxmışdım. Meydanda komanda oyunu görmədim. Cinahlar hücumlara kömək edə bilmədi. Kubokun ilk matçından sonra “Zirə”yə də qalib gəlmişdik. Ola bilər ki, arxayınlıq var idi. Hesabı açdıqdan sonra bəlkə də rahatlaşdıq. Bu da baha başa gəldi. Rəqibin hücum xətti çox güclüdür.


- Kubokda mübarizəni dayandırmaq sizi necə motivasiya edəcək?

- İstəyirəm ki, komanda yaxşı olsun. Münəccim deyiləm. Məğlub olmuşuqsa, unutmalıyıq. Səhvlərimizi analiz etməliyik. Çempionata köklənməliyik. Qışdan əvvəl komandada ruh düşkünlüyü var idi. Ancaq bunu aradan qaldırmışdıq. Komanda özünü motivasiya edə biləcək. Futbolçular bu vəziyyətdən çıxa bilərlər.

- Ruslan Abışov penaltiyə səbəb oldu. Onu nə üçün əvəzləmədiniz?

- Elə futbolçuları həmin anda əvəzləmək düzgün deyil. Səhvsiz insan yoxdur. Yığma üzvüdür. Səhv edibsə, dəstək olmaq lazımdır. Bir oyunla hər şey bitmir. Qarşıda 5 oyun var. Onu uzun futbol həyatı gözləyir. Belə anda ona davam etməyi lazım bildim.

- Çempionatda da avrokuboklara vəsiqə qazanmasaz, istefa verəcəksiz?

- Bəli, istefa verəcəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail