Maksimov: "Qəbələ" ilə üz-üzə gəlmək istərdim"

18.04.2018 | 2305 dəfə oxunub

“Oyunda baş vermiş hadisəyə görə üzr istəyirəm. Həmin məqamda futbolçuları sakitləşdirmək istəyirdim. Sezar həmin epziodda rəqibi vursaydı, finalda onsuz qalacaqdıq. “Sumqayıt”ın futbolçuları Sezarı cəzalı duruma salmaq istəyirdilər”.

Stadium.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib.

Paytaxt təmsilçisi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Sumqayıt”ın qonağı olub. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb və bu nəticə “Keşlə”nin finala vəsiqə qazanmasını təmin edib.

 Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən ukraynalı çalışdırıcı fikirlərini bildirib: “Yaxşı oynadıq, buna görə də finaldayıq. Futbolçularımı təşəkkür edirəm”.


- Mövsümün sonunda “Keşlə”dən gedəcəyinizi bildirsəniz də, klub prezidenti bunu təkzib etdi.

- Komanda yaxşı oynayanda məşqçini tərifləyirlər, uduzanda təzyiq edirlər. Bu dəqiqə hər şey qarışıqdı. Ona görə dəqiq fikir bildirməkdə çətinlik çəkirəm. Bu gün bir yerdə, sabah başqa klubda ola bilərəm. Məşqçi işi belədi. Konkret olaraq onu demək istəyirəm ki, müqaviləmin sonuna qədər burdayam.


- Qalmaqal epizodunda aranı sakitləşdirmək istədiyinizi desəniz də, təkrarda belə görünmür.

- Əsas odu ki, hər şey qaydasındadı. Futbolçualrdan və azarkeşlərdən üzr istəyirəm. Belə epzidolarda emosiyala sahib olmaq olmur.


- Finalda hansı komandaya rəqib olmaq istəyirsiniz?

- Fərqi yoxdur. Amma “Qəbələ” ilə üz-üzə gəlmək istəyirəm, çünki rəqib komandanın baş məşqçisi ilə Ukraynda prinsipial oyunlarımız olub. (Futbol11.az)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail