Təmkin Xəlilzadə: "Finalda istənilən rəqibə qarşı oynamağa hazırıq"

19.04.2018 | 3075 dəfə oxunub

"İlk oyundan sonra komandada ruh düşkünlüyü var idi. Məşqçimiz, kapitanımız və bütün futbolçularla bu oyuna mövsümün matçı kimi çıxdıq. Uşaqlar oyuna çox yaxşı hazırlaşmışdı, meydanda xarakter nümayiş etdirdik. Belə deyək, əvvəldən belə oynasaydıq, bəlkə də çempion olardıq".

Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Təmkin Xəlilzadə "Neftçi” ilə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə 3:1 hesablı qələbədən sonra söyləyib. 

24 yaşlı müdafiəçi qarşılaşmaya ciddi hazırlaşdıqlarını, buna görə də qələbə qazandıqlarını söyləyib: "Bütün oyunlara ciddi hazırlaşırıq. Bu gün rəqibimiz sıradan komanda deyildi, "Neftçi" idi. Oyunu yaxşı analiz edib, rəqibin zəif cəhətlərini üzə çıxara bilmişdik. Rəqibimizi bütün hallarda üstələməyi bacardıq".

Xəlilzadə oyunun ikinci hissəsində rəqib qapısı qarşısında bir neçə müdafiəçi aldadaraq komanda yoldaşına ötürmə vermək əvəzinə topu qapıya göndərib. O, həmin anda ani qərar verməkdə çətinlik çəkdiyini bildirib: "Özümü sübut etmək niyyətində deyildim. Bu gün qol ötürməsi verdim, ikinci epizodda isə ani qərar qəbul edə bilmədim və komanda yoldaşıma ötürmə vermək əvəzinə, qapıya zərbə endirdim. Şükürlər olsun ki, nəticəyə təsir etmədi".

Cinah müdafiəçisi final oyunu haqda danışıb: "Final oyununa hazırlaşacağıq. İstəyimiz kuboku qazanmaqdı, inanırıq ki, yaxşı olacaq. "Keşlə" yaxşı formadadı, bizi çətin oyun gözləyir. Ümid edirəm ki, qələbə qazana biləcəyik". 

Millimizin üzvü  son illərin çempionu və kubokun qalibi "Qarabağ"ın kənarda qalmasınadan danışıb: "Heç vaxt "Qarabağ"ın olmamasını düşünməmişik. Öz oyunumuzu oynayırıq. Finalda istənilən rəqibə qarşı oynamağa hazırıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail