Yuri Maksimov: "Bu, taktika ilə bağlı olan məsələ idi"

21.04.2018 | 3318 dəfə oxunub

“Futbolçularda yorğunluq var idi. Bəzi futbolçulara istirahət vermişdim. Uşaqlara yaxşı oyuna görə təşəkkür edirəm”.

 

Stadium.az saytının məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib. Paytaxt təmsilçisi Premyer Liqanın XXIV turunda öz  meydanında “Keşlə”ni qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib:

 

- Son 10 gündə 4 oyun oynamışıq. Çalışırıq ki, gənclərə şans verək, təcrübə toplasınlar. Gənc futbolçular artıq özlərini sübut etməyə başlayırlar.

 

- Vaqif Cavadovun qolundan sonra üzünüzü məşqçi Cəmaləddin Əliyevə tutaraq, “gördün” dediniz.

- Bu, taktika ilə bağlı olan məsələ idi. Vaqifin qol duyumu imkan verdi ki, fərqlənsin.

 

- “Keşlə” Avropa Liqasına vəsiqə qazansa, komandada qalacaqsınız?

- Müqaviləmin sonuna qədər burdayam. Bundan sonra rəhbərliklə müzakirəmiz olacaq.

 

- “Keşlə” yalnız 6-cı pilləyə qədər yüksələ bilər. Premyer Liqadakı vəzifənin öhdəsindən gəldiyinizi düşünmürsünüz?

- Bütün oyunlara qələbə üçün çıxırıq. Futbolçuların müqaviləsi başa çatır, onlara özlərini göstərməyi tapşırıram ki, yeni sözləşmə imzalasınlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail