"Məncə, çempionluğa layiq idik”.

22.04.2018 | 2287 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 24-cü turunda “Sumqayıt”ı səfərdə məğlub edərək(1:0), çempionluğunu rəsmiləşdirən “Qarabağ” klubunun futbolçusu Dani Kintana matçdan sonra jurnalistlərə açıqlama verib.

Stadium.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilk olaraq, çempionluq sevincini və oyun haqda fikirlərini səsləndirib: “Bugünkü matçda qalib gəlməsək belə, çempion olmaq şansımız var idi. Amma istənilən halda, oyunu layiqli qələbəylə bitirmək istəyirdik. Bu meydan istənilən rəqib üçün çətin səfər sayılır. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. 5-ci dəfə ardıcıl çempion olduq. Məncə, çempionluğa layiq idik”.

O, Ağdam klubu ilə Avropada yüksək nəticələr qazanmaq istədiyini söyləyib: “Hər bir futbolçu üçün çempionluq həvəs, istəkdir. Öncədən oynadığım klubların da məndə ayrı-ayrılıqda yeri var. “Qarabağ”ın isə məqsədləri başqadır. Hər zaman Avropada yüksək nəticələri özünə hədəf qoyur. Bu dəfə də məqsədimiz Avrokuboklarda oynayıb, “Qarabağ”ı ən yüksək səviyyədə təmsil etməkdir”.

D. Kintana komandadakı gələcək taleyi haqda da danışıb: “Qarabağ”da növbəti mövsüm qalacağım hələ tam bəlli olmasa da, danışıqlarımız davam edir.  Qısa müddətdə hər şey aydın olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail