"Ramilin vətəndaşlığını dəyişib Azərbaycanı seçməsi rus futbolu üçün böyük itki oldu"

27.04.2018 | 3283 dəfə oxunub

“Düşünürəm ki, 2015-ci ildəki heyətdən Ramil Şeydayev indi daha yüksək səviyyədə ola bilərdi”.

Stadium.Az xəbər verir ki, bu sözləri Rusiyanın gənclər millisinin baş məşqçisi Dmitri Xomuxa yerli mətbuata açıqlamasında deyib. 

Rusiyada yetişən gənc futbolçuları “Real”ın yarımmüdafiəçisi Marko Asensio ilə müqayisə edən mütəxəssis hazırda icarə əsasında “Qarabağ”da çıxış edən Ramil Şeydayevi xüsusi vurğulayıb. O, müqavilə ilə “Trabzonspor”a məxsus olan hücumçunun Azərbaycan millisini seçməsini ölkəsi üçün ciddi itki hesab edib:

“Onun vətəndaşlığını dəyişib Azərbaycanı seçməsi rus futbolu üçün böyük itki oldu. Bu oğlan gələcəkdə Rusiya millisində daha ciddi səviyyədə çıxış edə bilərdi. Heç legioner də hesab olunmazdı. Əsas milliyə yüksəlmək üçün onda bütün keyfiyyətlər var idi”.

Xomuxa Şeydayevin Azərbaycanı seçməklə tələsik qərar verdiyini söyləyib: “Hər kəs qərarını özü verir, öz taleyinin sahibidir. Şeydayev də bu cür hərəkət etdi. Amma mənim fikrimcə, bir qədər tələsdi”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail