Ansi Aqolli: "Qarabağ”da qalmaq mənim arzumdu"

28.04.2018 | 2968 dəfə oxunub

Azərbaycan Premyer Liqanın 25-ci turunda “Zirə” üzərində qazanılan səfər qələbəsindən (2:1) sonra "Qarabağ"ın futbolçusu Ansi Aqolli jurnalistlərə açıqlama verib.

Stadium.Az xəbər verir ki, qələbə qolunun assistini edən albaniyalı futbolçu oyundan öncə Ağdam klubunun qəsəbə təmsilçisinə güzəşt edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibətini bildirib:

“Zirə” ilə oyunlar çətin olur. Bu dəfə də istisna hal yaşanmadı. Çempionata hörmətlə yanaşmalı və bütün oyunlara qələbə əzmi ilə çıxmalıyıq. Biz peşkarıq. Kənarda gəzən söz-söhbətlərə fikir verməməliyik. Meydanda öz işimizi gördük".

Təcrübəli sol cinah müdafiəçisi ötən günlərdə Albaniya mətbuatına açıqlamasında "Qarabağ"da qalmaq arzusunda olduğunu dilə gətirmişdi. 35 yaşlı futbolçu bildirib ki, son qərar baş məşqçi Qurban Qurbanova məxsus olacaq:

"Nə demişəmsə, sözümün üstündəyəm. “Qarabağ”da qalmaq mənim arzumdu. Amma bu, baş məşqçinin qərarı olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail